Məzmuna keç

İbn Asakir

Vikipediya, azad ensiklopediya
İbn Asakir
ərəb. علي بن الحسن بن هبة الله بن عساكر الدمشقي
Doğum tarixi 13 sentyabr 1105(1105-09-13)
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1176(1176-01-25) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri tarix, hədis elmi, Əşərilər
Təhsili
Tanınmış yetirmələri Əbu Səd əs-Səmani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hafiz Siqatəddin Əbül-Qasım Əli ibn Həsən əd-Dəməşqi (ərəb. أبو القاسم علي بن الحسن بن هبة الله بن عساكر الدمشقي) və ya təxəllüsü ilə İbn Asakir[1] və ya İbn Əsakir[2] (ərəb. ابن عساكر; 13 sentyabr 1105, Dəməşq25 yanvar 1176, Dəməşq) — islam alimi, ilahiyyatçısı, hədisşünası, tarixçisi və şafii məzhəbinin hüquqşünası. Ərəb regional tarixşünaslığının nümayəndəsi olmuşdur. Dəməşqdə yaşayan 10000-ə yaxın insanın (onlardan 200-ü qadın) bioqrafiyasını özündə əks etdirən "Tarixu mədinəti-Diməşq" ("Dəməşq şəhərinin tarixi" bioqrafik lüğətinin müəllifi olmuşdur.[3] O, Əbunnəcib Sührəvərdinin tələbəsi idi.[4]

Onun tam adı Hafiz Siqatəddin Əbül-Qasım Əli ibn Həsən ibn Hebətullah ibn Abdullah ibn Hüseyn ibn Əsakir Dəməşqi əş-Şafii əl-Əşəridir. O, Bəni-Əsakir qəbiləsindən idi. 1105-ci ildə Dəməşqdə anadan olmuşdur. O, atasının və böyük qardaşının rəhbərliyi altında təhsil almışdır. 20 yaşında elm üçün Bağdada getmişdir. Bir il sonra MəkkəMədinəyə həcc ziyarəti etmişdir. Həcc ziyarətindən qayıdaraq 5 il Nizamiyyə mədrəsəsində qalıb Dəməşqə qayıtmışdır.[5]

1135-ci ildə anası vəfat etdikdən sonra İbn Əsakir Xorasana getdi, burada Əsbəhan, Mərv, Təbriz, Beyhək, Rey, Herat və başqaları kimi böyük şəhərləri gəzmişdir. 4 ildən sonra İbn Əsakir Dəməşqə qayıtmış və "Darül-Hədin ən-Nuriyyə" mədrəsəsində tələbələrə dərs deməyə başlamışdır.[6]

1176-cı ildə Dəməşqdə vəfat etmişdir.[7]

  1. "Arxivlənmiş surət". 21 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2024.
  2. "Arxivlənmiş surət". 2 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2024.
  3. Hirschler, Konrad, «Ibn ʿAsakir, Thiqqat al-Din ʿAli», in: Encyclopedia of the Medieval Chronicle, Edited by: Graeme Dunphy, Cristian Bratu. Consulted online on 23 December 2022.
  4. F. Sobieroj, al-Suhrawardi // The Encyclopaedia of Islam, Vol. IX, 778.
  5. Дациев, 2012
  6. Советская историческая энциклопедия, 1964
  7. Большая советская энциклопедия, 1972
  • Ибн Асакир // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова. — М. : Советская энциклопедия, 1964. — Т. 5 : Двинск — Индонезия. — Стб. 719—720.
  • Ибн Асакир Али ибн аль-Хасан // Евклид — Ибсен. — М. : Советская энциклопедия, 1972. — С. 617. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 9).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]