Əl-Büveyti
| Əl-Büveyti | |
|---|---|
| ərəb. يوسف بن يحيى البويطي | |
| | |
| Doğum tarixi | bilinmir |
| Vəfat tarixi | mart 846 |
| Vəfat yeri | |
| Elm sahəsi | Şəriət |
| Tanınmış yetirməsi | Osman ibn Səid əd-Dərimi |
Əbu Yaqub Yusif ibn Yəhya əl-Misri əl-Büveyti (ərəb. البويطي; bilinmir – mart 846, Bağdad, İraq, Abbasilər xilafəti) — əş-Şafiinin tələbəsi və Şafiiliyin ikinci banisi.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]"Əl-Büveyti" nisbəsi Misirin Büveyt kəndinə nisbətlədir. Digər bir nisbəsi də "əl-Qureyşi"dir.[2]
Əş-Şafii və İbn Vəhb əl-Malikinin elm məclisinlərdə iştirak etmiş və onlardan hədis rəvayət etmişdir. Əş-Şafii özündən soruşulan məsələləri ona həvalə etmiş və onun haqqında demişdir:[3]
| O, mənim dilimdir. |
Əş-Şafii onu digər tələbələrindən üstün tutmuş və ölümündən öncə onu öz yerinə təyin etmişdir. O da, bir çox tələbə yetişdirərək əş-Şafiinin görüşlərinin yayğınlaşmasında mühüm rol oynamışdır.[3]
Əl-Büveytidən hədis rəvayət etmiş şəxslər arasında Rəbi ibn Süleyman əl-Muradi, Məhəmməd ibn İsmayıl ət-Tirmizi, Əbu Hətim ər-Razi və başqaları vardır. İbn Əbu Hətim onun haqqında "saduq" və "siqa" (etibarlı) ifadələrini işlətmişdir.[4]
O, xəlqul-Quran hadisələri zamanı, Quranın məxluq olmadığını bildirmiş və Abbasi xəlifəsi Vasiq-Billahın əmri ilə Misirdən Bağdada gətirilərək həbs edilmiş və işkəncələrə məruz qalmışdır.[3]
O, məruz qaldığı işkəncələr səbəbi ilə hicri 231-ci (mart 846) ildə həbsdə də vəfat etmişdir.[5]
Əsərləri
[redaktə | vikimətni redaktə et]Əl-Büveytinin dövrümüzə qədər gəlib çatmış yeganə əsəri "əl-Müxtəsər"dir. O, bu əsərdə əş-Şafiinin bəzi fikirlərinə qısaca yer vermişdir. O həmçinin bu əsərdə öz görüşləri ilə yanaşı Rəbi ibn Süleyman əl-Muradinin də görüşlərinə yer vermişdir.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Akdağ, E. "Şâfiî Mezhebinin İkinci Kurucu İsmi Büveytî'nin Hayatı, İlmî Şahsiyeti ve Zühd Anlayışı". Sufiyye (12). 2022: 105–130. 21 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2026.
- ↑ İbn ən-Nədim. Əl-Fihrist (ərəb). Beyrut: Dərül-Mərifə. 1997. 262.
- 1 2 3 4 TDV İslâm Ansiklopedisi (türk). VI. İstanbul: TDV İslâm Araştırmaları Merkezi. 1992. 500–501. 19 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2026.
- ↑ İbn Əbu Hətim. Əl-Cərh vət-tədil (ərəb). IX. Heydərabad (Hindistan): Məclisu Dairətil-Məarifil-Osmaniyyə. 1952. 235.
- ↑ İbn əs-Salah. Təbəqatül-füqəhaiş-Şafiiyyə (ərəb). II. Beyrut: Dərül-Bəşairil-İslamiyyə. 1992. 682.