Andrea Pirlo
| Andrea Pirlo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| it. Andrea Pirlo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 19 may 1979[1][2][…] (47 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 177 sm[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 68 kq[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Andrea Pirlo — (it. Andrea Pirlo; 19 may 1979[1][2][…], Breşiya, Lombardiya) — peşəkar italyan futbolçusu, Nyu-York Siti klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Dünyanın ən yaxşı pleymeykerindən biri. Cərimə zərbələrinin, uzun və qısa ötürmələrin ustası. Meydanda oyunu incə görmə xüsusiyyətinə malikdir.
Karyesını bitirdikdən sonra məşqçilik karyerasına başlayan Pirlo Yuventus-23 , Yuventus , Karagümrük kimi klublarla çalışmışdır.Hal-hazırda Sampdoria klubunda çalışır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Andrea öz ilk sevgisi və gələcək həyat yoldaşı Debora ilə 18 yaşında tanış olub. "İnter"də çıxış etdiyi üçün Andrea Debora ilə çox nadir hallarda görüşə biliblər. Buna baxmayaraq 2001-ci ilin yayında onlar evlənirlər. Cütlüyün ilk uşaqı Nikkolo Breşiyada doğulur. 2006-cı ildə Pirlo ikinci dəfə ata oldu, onun Angela adlı qız övladı dünyaya gəldi. Pirlo ailəsi ilə mediadan uzaq durmağı üstün tutur.
Klub karyerası
[redaktə | vikimətni redaktə et]
16 yaşında "Breşiya" klubunun heyətində A Seriyasında debüt edib yaxşı oyun göstərərək 1998-ci ildə "İnter" klubuna transfer olunub. Yaxşı oyun sərgiləməsinə baxmayaraq, əsas heyətdə yer tapa bilməyib. Əsas heyət rəqibləri isə Roberto Bacco, Yuri Corkaeff və Alvaro Rekoba idi. 1999–2000-ci illər mövsümündə "İnter" Pirlonu icarə əsasında "Recina" klubuna verir. Yaxşı oyun göstərən Andrea növbəti mövsümü yenidən "İnter"də başlayır. Yeni məşqçisi ilə ortaq dil tapa bilməyən oyunçu 2001-ci ildə 10 milyon dollar qarşılığında "Milan" klubuna transfer olunur. Burada o, özünü müstəqil və əsas heyət oyunçusu kimi göstərməyi bacarır. O, Milanın heyətində 284 oyun keçirib və həmin oyunlarda 30-dan çox qol vurub, iki dəfə isə Çempionlar Liqasının qalibi olub.
18 may 2011-ci ildə Andrea Pirlo mövsüm sonunda "Milan"dan ayrılacağın açıqladı.[4] Altı gün sonra, 24 mayda, "Yuventus" Pirlo ilə üç illik müqavilə imzaladı. Andreadan yeni komandada çox şey gözləyirdilər, lakin o, bütün gözləntiləri üstələməyi bacardı. İlk oyundan etibarən o, oyun qurulmasını öhdəsinə götürdü. Bir neçə təcrübədən sonra, Antonio Konte Pirlo ilə yarımmüdəfiədə üçlü orta xətt sxemi yaratdı ki, bu müdəfiə xəttində də Pirlo oyun qurucusu və dayaq yarımmüdəfiəçi rolunu oynayırdı. Demək olar ki, "Yuventus"un hər bir hücumunda Pirlonun əli var idi. A Seriyasının 35 oyununda Pirlo 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qaldı. Pilro ümumilikdə 2643 ötürmə etdi. Ötürmələrin dəqiqliyi 86,8% təşkil edirdi. Avropada bu göstəricidə onu yalnız Xavi üstələməyi bacarır.
Millidə çıxışları
[redaktə | vikimətni redaktə et]
İtaliya milli komandasında ilk oyununu 7 sentyabr 2002-ci ildə Azərbaycana millisinə qarşı keçirmişdi. Avro 2004 ikinci oyunda, o, möhkəm və birmənalı şəkildə milli komandanın mərkəzində yer tuturdu.
2000-ci ildə o gənclər arasında Avropa çempionatında birinci olur, 2004-cü ildə Pirlo Afina Olimpiya Oyunlarında bürünc medal alır, 2006-cı ildə isə o, Dünya çempionu olur.
2006-cı ilin Dünya Çempionatında , o ilk qolunu Qana ilə oyunda vurur. Yarım finalda onun Fabio Qrossoya etdiyi gözəl ötürmə futbol fanatlarının yadında uzun müddət qalacaq. Dünya Kubokunun final oyununda o küncdən Marko Materazziyə dəqiq ötürmə etmiş və Marko hesabı bərabərləşdirmişdi, oyundan sonra penaltidə o qol vurmaqla bir dəqiqə sonra karyerasının ən böyük nailiyyətini əldə edir — dünya çempionatında qızıl medal qazanır.
Avro 2008-ci ilin dörddə bir mərhələsindəki İspaniya millisə qarşı oyunundan başqa bütün oyunlarda iştirak edib.
Avro 2012-də Pirlo gümüş medal qazanır. O çempionatda "Azzurri"nin heyətində bütün oyunlarında (6 oyun) iştirak edib. 24 iyunda İtaliya yığması İngiltərə ilə dörddəbir mərhələsində qarşılaşırdı, oyundan sonra penaltilər seriyasında Pirlo "Panenko" sayağı zərbə ilə Co Hartın qapısına yol tapdı. Finalda İtaliya 0 – 4 hesabı ilə İspaniyaya məğlub olmuşdu.
Mükafatlar və nailiyyətləri
[redaktə | vikimətni redaktə et]Nailiyyətləri
[redaktə | vikimətni redaktə et]
"Breşiya"
- B seriası (1): 1996/97
- Ümumilikdə: 1 kubok

"Milan"
- İtaliya çempionı (2): 2003/2004|2003/04, 2010/2011|2010/11
- İtaliya kubokunun qalibi (1): 2002/03
- İtaliya Superkubokunun qalibi (1): 2004
- Çempionlar Liqasının qalibi (2): 2002/03, 2006/07
- Cempionlar Liqasının finalçısı (1): 2004/05
- UEFA supekubokunun qalibi (2): 2003, 2007
- FİFA Klublararası Dünya Kubokunun qalibi (1): 2007
- Ümumilikdə: 8 kubok

"Yuventus"
- İtaliya çempionı (3): 2011/12, 2012/13, 2013/14
- İtaliya Kubokunun finalçısı (1): 2011/12
- İtaliya Superkubokunun qalibi (2): 2012, 2013
- Ümumilikdə: 5 kubok

Şəxsi mükafatlar
[redaktə | vikimətni redaktə et]- FİFA "Bürünc top" sahibi [[ Dünya Çempionatı 2006 üçüncü ən yaxşı futbolçusu);
- FİFPro yığmasına daxildi: 2006
- İtaliyada ilin futbolçusu (2): 2012, 2013
- İlin ən yaxşı italiyalı futbolçusu (2): 2011/12, 2012/13
- "Yuventus"da ilin ən yaxşı futbolçusu (1): 2011/12
- UEFA simvolik yığmasına daxildi: 2012
- Premio Bulgarelli Number 8 mükafatının sahibi
- Gaetano Şirea mükafatının laureatı(2013)
Statistika
[redaktə | vikimətni redaktə et]| Mövsüm | Klub | Liqa | Kubok | Avrokuboklar | Digər[5] | Ümümilikdə | |||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ÇL | UK | ||||||||||||
| Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | ||
| 1994/95 | Breşiya | 1 | 0 | — | — | — | — | — | — | — | — | 1 | 0 |
| 1995/96 (B) | — | — | — | — | — | — | — | — | — | — | — | — | |
| 1996/97 (B) | 17 | 2 | 1 | 0 | — | — | — | — | — | — | 18 | 2 | |
| 1997/98 | 29 | 4 | 1 | 0 | — | — | — | — | — | — | 30 | 4 | |
| 1998/99 | İnter | 18 | 0 | 5 | 0 | 7 | 0 | — | — | — | — | 30 | 0 |
| 1999/00 | — | — | — | — | — | — | — | — | — | — | — | — | |
| Recina | 28 | 6 | 2 | 0 | — | — | — | — | — | — | 30 | 6 | |
| Ümumilikdə "Recina"da | 28 | 6 | 2 | 0 | — | — | — | — | — | — | 30 | 6 | |
| 2000/01 | İnter | 4 | 0 | 1 | 0 | 2 | 0 | 1 | 0 | — | — | 8 | 0 |
| Breşiya | 10 | 0 | — | — | — | — | — | — | — | — | 10 | 0 | |
| Ümumilikdə "İnter"də | 22 | 0 | 6 | 0 | 9 | 0 | 1 | 0 | — | — | 38 | 0 | |
| Ümumilikdə "Breşiya"da | 57 | 6 | 2 | 0 | — | — | — | — | — | — | 59 | 6 | |
| 2001/02 | Milan | 18 | 2 | 2 | 0 | — | — | 9 | 0 | — | — | 29 | 2 |
| 2002/03 | 27 | 9 | 2 | 0 | 13 | 0 | — | — | — | — | 42 | 9 | |
| 2003/04 | 32 | 6 | — | — | 9 | 1 | — | — | 3 | 1 | 44 | 8 | |
| 2004/05 | 30 | 4 | 1 | 0 | 12 | 1 | — | — | — | — | 43 | 5 | |
| 2005/06 | 33 | 4 | 4 | 0 | 12 | 1 | — | — | — | — | 49 | 5 | |
| 2006/07 | 34 | 2 | 4 | 0 | 14 | 1 | — | — | — | — | 52 | 3 | |
| 2007/08 | 33 | 3 | 1 | 0 | 8 | 2 | — | — | 3 | 0 | 45 | 5 | |
| 2008/09 | 26 | 1 | — | — | — | — | 3 | 1 | — | — | 29 | 2 | |
| 2009/10 | 34 | 0 | 1 | 0 | 8 | 1 | — | — | — | — | 43 | 1 | |
| 2010/11 | 17 | 1 | 3 | 0 | 5 | 0 | — | — | — | — | 25 | 1 | |
| Ümumilikdə "Milan"da | 284 | 32 | 18 | 0 | 81 | 7 | 12 | 1 | 6 | 1 | 401 | 41 | |
| 2011/12 | Yuventus | 37 | 3 | 4 | 0 | — | — | — | — | — | — | 41 | 3 |
| 2012/13 | 32 | 5 | 2 | 0 | 10 | 0 | — | — | 1 | 0 | 45 | 5 | |
| 2013/14 | 30 | 5 | 1 | 0 | 13 | 2 | — | — | 1 | 0 | 45 | 7 | |
| Ümumilikdə "Yuventus"da | 99 | 13 | 7 | 0 | 23 | 2 | 0 | 0 | 2 | 0 | 131 | 15 | |
Məşqçilik Karyerası
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Andrea Pirlo (çd.). // (untranslated). (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 ANDREA PIRLO (isp.). // Base de Datos del Fútbol Argentino.
- 1 2 UEFA.com, UEFA.com (ing.).
- ↑ "Пути "Милана" и Пирло разошлись". Eurosport. 22 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2014.
- ↑ UEFA Superkuboku, Qitələrarası Kubok, FİFA Klublararası Dünya Kuboku, İtaliya Superkuboku
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Oyunçunun statistikası Footballdatabase
- Oyunçunun statistikası Fussballdaten
- Məşqçilik karyerası https://www.transfermarkt.world/andrea-pirlo/profil/spieler/5817
- 19 mayda doğulanlar
- 1979-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Lombardiyada doğulanlar
- Əlifba sırasına görə futbolçular
- İtaliya futbolçuları
- İtaliyada doğulanlar
- Yuventus FK oyunçuları
- Milan FK oyunçuları
- 2000 Yay Olimpiya Oyunlarında futbolçular
- İtaliya A Seriyası oyunçuları
- UEFA Çempionlar Liqasının qalib futbolçuları
- FİFA Dünya Kubokunun qalib futbolçuları
- Legioner İtaliya futbolçuları
- Breşiya FK oyunçuları
- İnter Milan FK oyunçuları
- Recina FK oyunçuları
- UEFA Avro 2012 futbolçuları
- UEFA Avro 2008 futbolçuları
- UEFA Avro 2004 futbolçuları
- 2010 FİFA Dünya Kuboku futbolçuları
- 2014 FİFA Dünya Kuboku futbolçuları
- 2006 FİFA Dünya Kuboku futbolçuları
- MLS oyunçuları
- İtaliya B Seriyası oyunçuları
- İtaliya U-21 milli futbol komandasının oyunçuları
- İtaliya A Seriyası məşqçiləri
- İtaliya futbol məşqçiləri
- İtaliya B Seriyası məşqçiləri
- Türkiyə Super Liqası baş məşqçiləri
- FİFA Yüzlük Klubu
- Olimpiya medallı futbolçular
- 2013 FİFA Konfederasiyalar Kuboku futbolçuları
- 2009 FİFA Konfederasiyalar Kuboku futbolçuları
- UEFA Avro 2004 oyunçuları
- 2004 Yay Olimpiya Oyunları bürünc medalçıları
- Olimpiya bürünc medalına sahib İtaliya idmançıları
- ABŞ-də legioner futbolçular
- İtaliya şəxsləri
- Kişi futbol yarımmüdafiəçiləri