Atrey
| Atrey | |
|---|---|
| q.yun. Ατρέας | |
| | |
| Cinsi | kişi[d] |
| Atası | Pelops[1][2] |
| Qardaşı və bacısı | Fiest, Krisipp (Pelopsun oğlu) |
| Arvadı | |
| Uşaqları | |

Atrey — Mikena kralı. Zevsin və onun oğlu Tantalın nəvəsidir. Pelops və Hippodameanın oğlu, Tiyest və Nikippanın qardaşıdır. Plistfen adında bir oğlu da onun Kleola ilə evliliyindən dünyaya gəlmişdir. Bir müddət keçdikdən sonra Atrey, dul qalmış gəlini Aeropa ilə evlənmişdir. Bu ikinci evliliyindən onun Aqamemnon və Menalay adlı iki oğlu və Anaksibiya adlı bir qızı dünyaya gəlmişdir.[5]
Mifik rəvayətlərə əsasən, Atrey və qardaşı Tiyest, atalarının daha çox sevdiyi ögey qardaşları Xrisippu öldürərək atalarının lənətinə tuş gəlmiş və daha sonra Arqos krallığını ələ keçirmişdilər. Ancaq Tiyest, hakimiyyətin rəmzi olan qızıl quzunu oğurlamış və Atreyin həyat yoldaşı Aeropanı yoldan çıxarmışdır. Cinayəti üzə çıxdıqdan sonra qaçan Tiyest, Atreyin oğlu Plistfeni də özü ilə götürmüş və onu öz uşağı kimi böyütmüşdür. Uşaq yetkinlik yaşına çatdıqdan sonra, Tiyest onu Atreyi öldürmək üçün Mikenaya göndərmişdir. Lakin Atrey, sonradan öz doğma oğlu olduğunu anlayacağı Plistfeni tanımayaraq öldürmüşdür.[6]
Oğlunun ölümündən sonra qisas almaq istəyən Atrey, yoxsulluq içində gəzən qardaşı Tiyesti, ölkəni birlikdə idarə etmək vədi ilə uşaqları ilə birlikdə saraya dəvət etmişdir. Lakin gizlicə bir plan hazırlayan Atrey, Tiyestin oğullarını sakitcə qətlə yetirmiş və sülh ziyafətində yeməsi üçün atalarının qarşısına qoymuşdur. Heç bir şeydən xəbəri olmayan Tiyest öz övladlarının ətini yedikdən sonra, Atrey oğlanların kəsilmiş əzalarını və başlarını nümayiş etdirərək ona həqiqəti bildirmiş və masanı devirmişdir. Əfsanəyə görə, Günəş (Helios) şahid olduğu bu dəhşətli və nifrət dolu hadisədən kədərlənərək səmadakı yolunu tamamlamadan geriyə — şərqə doğru dönmüşdür.[7]
Axillesin atası Peleus kimi, dövrün cəsur və güclü döyüşçülərindən biri olmasına baxmayaraq, Atrey tarixdə daha çox amansızlığı və qəddarlığı ilə tanınmışdır. "Atreyoğullarının lənəti" mövzusu antik dövrdən bəri bir çox yazıçı, şair və dramaturqun (məsələn, Esxilin "Oresteya" triptixinin) yaradıcılıq ilhamı olmuşdur.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Атрей (rus.). // Энциклопедический словарь. / ред. Иван Ефимович Андреевский. Санкт-Петербург: Брокгауз — Ефрон. 1890. Т. II. С. 438.
- ↑ Фридрих Любкер. Atreus (rus.). // Реальный словарь классических древностей по Любкеру. / ред. Фаддей Францевич Зелинский, Александр Иванович Георгиевский, Михаил Семёнович Куторга, Фридрих Гельбке, Пётр Васильевич Никитин, Василий Антонович Канский, пер. Александр Давидович Вейсман, Фридрих Гельбке, Лев Александрович Георгиевский, Алексей Иванович Давиденков, Василий Антонович Канский, Пётр Васильевич Никитин, Иван Аникитич Смирнов, Эдмунд Альбертович Верт, Осип Юрьевич Клеменчич, Николай Васильевич Рубинский. Санкт-Петербург: Общество классической филологии и педагогики. 1885. С. 182.
- ↑ Фридрих Любкер. Menelaus (rus.). // Реальный словарь классических древностей по Любкеру. / ред. Фаддей Францевич Зелинский, Александр Иванович Георгиевский, Михаил Семёнович Куторга, Фридрих Гельбке, Пётр Васильевич Никитин, Василий Антонович Канский, пер. Александр Давидович Вейсман, Фридрих Гельбке, Лев Александрович Георгиевский, Алексей Иванович Давиденков, Василий Антонович Канский, Пётр Васильевич Никитин, Иван Аникитич Смирнов, Эдмунд Альбертович Верт, Осип Юрьевич Клеменчич, Николай Васильевич Рубинский. Санкт-Петербург: Общество классической филологии и педагогики. 1885. С. 855–856.
- ↑ Фридрих Любкер. Agamemnon (rus.). // Реальный словарь классических древностей по Любкеру. / ред. Фаддей Францевич Зелинский, Александр Иванович Георгиевский, Михаил Семёнович Куторга, Фридрих Гельбке, Пётр Васильевич Никитин, Василий Антонович Канский, пер. Александр Давидович Вейсман, Фридрих Гельбке, Лев Александрович Георгиевский, Алексей Иванович Давиденков, Василий Антонович Канский, Пётр Васильевич Никитин, Иван Аникитич Смирнов, Эдмунд Альбертович Верт, Осип Юрьевич Клеменчич, Николай Васильевич Рубинский. Санкт-Петербург: Общество классической филологии и педагогики. 1885. С. 43.
- ↑ Apollodorus. The Library of Greek Mythology (ingilis). Oxford University Press. 1975. 144–146.
- ↑ Aghion, Irène. Gods and Heroes of Classical Antiquity (ingilis). Flammarion. 1996. 58.
- ↑ Guerber, H. A. The Myths of Greece and Rome (ingilis). Dover Publications. 1993. 231–233.
- ↑ Easterling, P. E. The Cambridge Companion to Greek Tragedy (ingilis). Cambridge University Press. 1997. 112–115.