Məzmuna keç

BakAZ-3219

Vikipediya, azad ensiklopediya
BakAZ-3219
Ümumi məlumatlar
İstehsalçı Bakı Avtomobil Zavodu
İstehsal ili 1989–1993

BakAZ-3219[1], Pinqivin — XX əsrin 70–80-ci illərində Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda hansı ki, sonradan Bakı Avtomobil Zavodu olaraq (BakAZ) adlandırılan zavodda əfsanəvi PAZ-672 modelinin əsasında xalq arasında "Pinqvin" adlandırılan soyuducuya sahib ərzaq məhsulları daşıyan BZSA-3742 modeli buraxılmışdır. 1989-cu ildə bu modelin əsasında BakAZ-3219 modeli hazırlanır. BakAZ-3219 modelinin BZSA-3742 modelindən fərqi soyuducu sisteminin çıxarılması, onun əvəzinə oturacaqların qoyulması və çoxlu sayda şüşəli pəncərələrin yerləşdirilməsi olmuşdur. Bu modelin əsasında isə tibbi laborotoriya ilə təmin olunmuş avtobuslar buraxılmışdır. Milli Orduda səyyar hospital funksiyası yerinə yetirən versiyaları mövcud olub.[2] 90-cı illərin sonunadək sərnişindaşımada istifadə edilirdi.[2]

Bu modelin buraxılışı 1989–1993-cü illərdə gerçəkləşdirilmişdir. İstehsal olunan avtobuslar təkcə Azərbaycanda deyil həm də Rusiyanın bir çox vilayətlərində istismara verilmişdir. Zavod 1993-cü ildən etibarən gəlir gətirmədiyindən istehsalı dayandırılmışdır.

  1. "BakAZ-3219". 26 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2017.
  2. 1 2 "4 gün əvvəl qəzaya uğramış avtobus...hələ də yoldan götürülməyib". Lent.az (az.). 4 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2026.