Məzmuna keç

Baytil

Vikipediya, azad ensiklopediya
Günəş tanrısı Elaqabal üçün ucaldılmış Emesa abidəsinin mərkəzində baytil təsviri.

Baytil — qədim Yunanıstanda ilahın məskəni hesab edilən fetiş daş.[1]

Söz samimənşəlidir və kultun özü Yaxın Şərqdən qaynaqlanmışdır. "Yaradılış" kitabına (28:18) əsasən, Yaqub göyə gedən nərdivan haqqında gördüyü yuxudan sonra baş tərəfində qalan daşın üzərinə zeytun yağı tökmüş və həmin yeri "Beyt-El" (hərf. "Tanrının evi") elan etmişdir. Müsəlman ənənəsindəki analoqu Məkkədə yerləşən Kəbədir.

Qədim Yunanıstanda Delfidəki Apollon məbədi yaxınlığında yerləşən və Kronun körpə Zevsin əvəzinə udduğu daş hesab edilən omfal ən çox ehtiram edilən daş olmuşdur. İmperatorlar dövrü Romasında Bütün Tanrıların Anasının şərəfinə ucaldılmış daş ehtiramla yad edilmişdir. Finikiya-Karfagen baytil kultu Şimali Afrikada xristianlıq qəbul edildikdən sonra da qorunub saxlanılmışdır. Müqəddəs Avqustin bu barədə qəzəblə bəhs etmişdir.

  1. ↑ Ботвинник М. Н. Мифологический словарь. Просвещение. 1965. 49.