Məzmuna keç

Brotherhood of Man

Vikipediya, azad ensiklopediya
Brotherhood of Man
ing. Brotherhood of Man
Əsas məlumatlar
Üslub pop
Fəaliyyət illəri 1969–2020
Ölkə  İngiltərə
Şəhər London
Dil ingilis dili
Leybl EMI[d], Decca Records[d]
Heyət Toni Borrouz
Sanni Lesli
Syu Qlover
Rocer Qrinavey
Con Qudison
Hal Atkinson
Rassel Stoun
Martin Li
Niki Stivens
Li Şeriden
Sandra Stivens
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brotherhood of Man (ing. Brotherhood of Man) — İngiltərə pop musiqi qrupu. Qrup 1970-ci illərdə Birləşmiş Krallıqda üç hit ilə uğur qazanıb. 1976-cı ildə is "Save Your Kisses for Me" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.

"Brotherhood of Man" qrupu 1969-cu ildə bəstəkar və prodüser Toni Hiller tərəfindən yaradılıb. O, "Where Are You Going To My Love" mahnısını yazdırmaq üçün artıq tanınmış müğənni Toni Berrouzu dəvət edib və bu yazını "Brotherhood of Man" brendi altında satışa çıxarıb. Bundan sonra o, Loretta Hoblet, Coys Smit, Çarlz Mills və Devid Hanterdən ibarət qrup formalaşdırıb və onların ifasında "United We Stand" mahnısı Britaniya hit-paradında 10-cu, ABŞ hit-paradında isə 13-cü yeri tutub.[1]

1973-cü ildə Avroviziya Mahnı müsabiqəsinə vəsiqə qazanmaq üçün edilən uğursuz cəhddən sonra qrup buraxılıb.[2] Bir il sonra qrup yeni tərkibdə (Niki Stivens, Sandra Stivens, Martin Li, Li Şeriden) yenidən bir araya gəlib. 1976-cı ildə qrupun bu tərkibi "Save Your Kisses For Me" mahnısı ilə Avroviziyada qalib olub, bundan sonra qeyd olunan mahnı ardıcıl altı həftə ərzində Britaniya çartlarında birinci yerdə qərarlaşıb. Bundan əlavə, mahnı 33 ölkənin hit-paradlarında liderlik edib, satılan nüsxələrin ümumi sayı isə 6 milyona çatıb.[3][4][5]

Qrupun günümüzə qədər davam edən sonrakı karyerası isə o qədər də uğurlu olmayıb.

  • 1970 — United we stand [Deram]
  • 1972 — We’re the Brotherhood of Man [Deram]
  • 1973 — The world of the Brotherhood of man [Decca]
  • 1974 — Good Things Happening [Dawn]
  • 1976 — Love and kisses [Pye]
  • 1977 — Oh, boy! [Pye]
  • 1977 — Images [Pye]
  • 1978 — "B" For Brotherhood [Pye]
  • 1979 — Higher than high [Pye]
  • 1979 — Singing a song [Pye]
  • 1980 — Sing 20 number one hits (toplu) [Warwick]
  • 1983 — Lightning flash [EMI]
  • 1983 — The best of Brotherhood of man (toplu)
  • 1992 — Very best of Brotherhood of man (toplu)

Seçilmiş, Çatlarda yer tutan sinqllar

  • United We Stand — (1970)
  • Where Are You Going To My Love — (1970)
  • Reach Out Your Hand — (1971)
  • Lady — (1974)
  • Kiss Me, Kiss Your Baby — (1975)
  • Save Your Kisses For Me — (1976)
  • My Sweet Rosalie — (1976)
  • Oh Boy (The Mood I’m In) — (1977)
  • Angelo — (1977)
  • Highwayman — (1977)
  • Figaro — (1978)
  • Beautiful Lover — (1978)
  • Middle Of The Night — (1978)
  • Papa Louis — (1979)
  • Lightning Flash — (1982)
  1. ↑ Emusic. "Biography – Early line-up info". 6 mart 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2008.
  2. ↑ DragonDiscs. "Deram single releases – inc. singles by Sue and Sunny". 4 avqust 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2008.
  3. ↑ CherryRed. "United We Stand – Brotherhood of Man". 14 mart 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2008.
  4. ↑ Official Tony Hiller website. "Brotherhood of Man Biography – Early line-up". 10 iyun 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2008.
  5. ↑ John Tracey, 1995. "United We Stand album review". İstifadə tarixi: 2 fevral 2009.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]