Məzmuna keç

Fatih (İstanbul)

Fatih
41°00′41″ şm. e. 28°57′01″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 1930
Sahəsi
  • 17 km²
  • 15 km² (2014)
Mərkəzin hündürlüyü 24 m, 29 m
Əhalisi
Rəsmi dili
Digər
fatih.gov.tr
Fatih xəritədə
Fatih
Fatih
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fatih — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Eminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Eminönü ilçəsinin ləğv edilərək Fatih ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fatih ilçəsi 57 məhəllədən ibarətdir.

1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir.

Fatih ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur. İlçənin sahəsi 1562 ha olub, dəniz səviyyəsindən yüksəkliyi təxminən 60 metrdir. Əkin ərazisi yoxdur. Tarixi yarımadada yerləşən İstanbulun yeddi təpəsi bu ilçənin sərhədləri daxilindədir. İlçənin sahil xətti isə 14 km-dir.

Fatih ilçəsinin əhali inkişafı İstanbulun digər ilçələrindən fərqli olmuşdur. Qədim Eminönü ilçəsində 1960-cı illərdə başlayan əhalidəki geriləmə 1990-cı illərdə də qədim Fatih ilçəsindən başlayıb. Bu gün də ilçənin əhalisi azalır. Bunun başlıca səbəbləri inkişaf sahələrinin daralması, iqtisadi imkanları inkişaf edənlərin başqa ilçələrə köçməsi və əhəmiyyətli bölgələrin mənzil sahəsi olmaqdan çıxıb iş sahə xarakteri qazanmasıdır.

İl Fatih ilçəsi üzrə Əminönü ilçəsi üzrə Ümumi
1965 344.602 137.849 482.451
1970 417.662 136.997 554.659
1975 504.127 122.885 627.012
1980 474.578 93.324 567.902
1985 497.459 93.383 590.842
1990 462.464 83.444 545.908
2000 403.508 55.635 459143
2007 422.941 32.557 455.498
2008 göstərici yoxdur göstərici yoxdur 443.955
2009 göstərici yoxdur göstərici yoxdur 433.796
2010 göstərici yoxdur göstərici yoxdur 431.147
2011 göstərici yoxdur göstərici yoxdur 429.351
2012 göstərici yoxdur göstərici yoxdur 428.857
2013 göstərici yoxdur göstərici yoxdur 425.875
2014 göstərici yoxdur göstərici yoxdur 419.266
2015 göstərici yoxdur göstərici yoxdur 419.345
2016 417.285
417.285

Mərmərə qazıntıları nəticəsində 8500 illik bir tarixə malik olduğu anlaşılan İstanbul şəhərinin ən qədim yaşayış məntəqələrindən biri olan Fatih ilçəsi tarixi abidələr baxımından olduqca zəngindir. Tarixi yarımada Fatih Roma İmperiyasının ən mühüm mərkəzlərindən biri olma xüsusiyyətinə sahib bir yer olmasının yanında 1058 il Bizans, 469 il isə Osmanlı İmperiyasına paytaxtlıq etmişdir. Bu xüsusiyyəti ona bu tarixi yarımadada üç mühüm mədəniyyətə aid çox mühüm əsərləri bir arada görməyə səbəb olub. Tarixi yarımada üzərində yer alan Roma, Bizans və Osmanlı dövrlərindən qalma əsərlərlə açıq hava muzeyini xatırladan ilçədir.

Aya Sofyanın xaricdən görünüşü

Aya Sofya məscidi – Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, 1453-1934-cü illər arası məscid, 1934-2020-ci illərdə muzey, 10 iyul 2020-ci ildən yenə məscid olan məbəd. Aya Sofya həm aktiv ibadətgah (məscid), həm də tarixi abidə kimi fəaliyyət göstərir. Binanın zəmin qatı müsəlmanların ibadəti üçün pulsuz və açıqdır. Qeyri-müsəlman turistlər və ya tarixi qalereyanı (üst qatı) gəzmək istəyən ziyarətçilər üçün isə giriş pulludur və xüsusi marşrutla tənzimlənir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur.

Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zələzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.

Topqapı sarayı

[redaktə | vikimətni redaktə et]
Topqapı sarayının panoramik şəkli

Topqapı sarayı — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi.

Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən İstanbulun tarixi ərazisinin tərkibində UNESCOÜmumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü […] saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir.

Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. Sarayın inşasına 1459-cu ildə Konstantinopolu fəth etmiş Sultan II Mehmedin əmri ilə başlanmışdır. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray "Yeni Saray" adlandırılmışdır. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlamışdır. 1509-cu il zəlzələsi və 1665-ci il yanğınından sonra sarayda əsaslı bərpa işləri aparılmış və saray genişlədilmişdir.

Sultan Əhməd məscidi

[redaktə | vikimətni redaktə et]
Sultan Əhməd məscidinin 2006-cı ildəki görünüşü

Sultan Əhməd məscidi — 1609–1616-cı illərdə Sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Məscidin interyeri mavi, yaşıl və ağ rəngli İznik saxsısı (çinisi) ilə bəzədildiyi və yarımgünbəzlərin, böyük günbəzin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün avropalılar məscidi "Mavi Məscid (Blue Mosque)" adlandırır. 1934-2020-ci illərdə Ayasofya məscidi muzey kimi fəaliyyət göstərib. Həmin dövrdə İstanbulun əsas məscidi Sultan Əhməd camisi sayılıb.

Sultan Əhməd məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyə məscid, mədrəsələr, sultan qəsri (hünkar qəsri), üstüörtülü bazar küçəsi (arasta), dükanlar, hamam, çeşmə, su paylama köşkləri (səbillər), türbə, xəstəxana (darüşşəfa), ibtidai məktəb (sıbyan məktəbi), pulsuz yeməkxana (imarət) yardımı və kirayə otaqlarından ibarətdir.

Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır.

Fatih ilçəsində yerləşən Bəyazid Məscidi.