Homer
| Homer | |
|---|---|
| q.yun. Ὅμηρος | |
| | |
| Doğum adı | Ὅμηρος |
| Doğum tarixi | təq. e. ə. IX əsr |
| Doğum yeri |
|
| Vəfat tarixi | təq. e. ə. VIII əsr |
| Vəfat yeri | |
| Fəaliyyəti | şair, müəllif, yazıçı |
| Əsərlərinin dili | qədim yunan dili |
| Janr | epos |
| Tanınmış əsərləri | |
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr, yun. Ὅμηρος Homeros) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir. Antik mənbələrdə gəzərgi kor şair Homerin real obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında dürüst məlumatın olmadığını göstərir. Homerin vətəni olmaq şərəfi uğrunda 7 şəhər (Smirna, Rodos, Xios, Kolofon, Salamin, Arqos, Afina) mübahisə aparmışlar. Antik dövrdə Homer adı bəzən ümumiləşdirilmiş şəkildə rapsodların ifa etdikləri epik nəğmələrin müəllifi mənasında da işlədilmişdir. Sonralar "İliada" və "Odisseya" epik poemalarının, habelə "Homer himnləri"nin və "Margit" komik poemasının müəllifliyi ona istinad edilmişdir. "İliada" və "Odisseya" Qədim Yunanıstanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Homerin şəxsiyyəti və yaradıcılığı ilə bağlı problemlərlə əlaqədar geniş yayılmış və indiyədək həll olunmamış mübahisələr ədəbiyyatşünaslıqda "Homer məsələsi" adı almışdır.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Odisseya, Bakı, 1977;
- İliada, Bakı, 1978
Hər iki əsər Homer tərəfindən e.ə. 8-ci əsrdə yaradılmış, e.ə. 6-cı əsrdə yazıya alınmışdır.
"İliada" da troya müharibəsi haqqında danışılır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- E.ə. IX əsrdə doğulanlar
- E.ə. VIII əsrdə vəfat edənlər
- Cənubi Egey adalarında vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Yunanıstan şairləri
- Qədim Yunanıstan ədəbiyyatı
- Yunan ədəbiyyatı
- İzmirdə doğulanlar
- Korlar
- Qədim Yunanıstan şairləri
- Qədim yunan şairləri
- İlahi komediya personajları
- Qədim yunan tanrıları
- E.ə. VIII əsrin Yunanıstan şairləri
- Homer
- Şifahi epik şairlər