Hovard Hyuz
| Hovard Hyuz | |
|---|---|
| ing. Howard Hughes | |
| | |
| Doğum tarixi | 24 dekabr 1905[1][2][…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 5 aprel 1976[1][4][…] (70 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ürək tutması, böyrək çatışmazlığı[d] |
| Dəfn yeri | |
| Partnyorları |
|
| Atası | Hovard Robard Hyuz |
| Təhsili | |
| Fəaliyyəti | film prodüseri, kinorejissor, hərbi uçuş mühəndisi[d], sahibkar, ixtiraçı |
| Fəaliyyət illəri | 1926–1976 |
|
|
|
| hhmi.org | |
Hovard Hyuz (24 dekabr 1905[1][2][…], Hyuston, Texas[3] – 5 aprel 1976[1][4][…], Hyuston, Texas) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və 1960-cı illərdə dünyanın ən varlı insanlarından biri idi.
Hovard Robard Hyuz (böyük) oğlu olan Hyuz on doqquz yaşında neft qazma maşınları istehsal edən bir fabrikin rəhbəri olmuşdur. Bir neçə il ərzində əhəmiyyətli qazanclar əldə edərək 1930-cu ildə kinoya, 1931-ci ildə isə içki sənayesinə daxil olmuşdur. Daha sonra aviasiyaya üz tutmuşdur. 1938-ci ildə o, öz ideyasına müvafiq olaraq hazırlanmış olan təyyarə ilə dünyanı rekord qıracaq müddətdə (3 gün, 19 saat) dövr etmişdir. TWA Aviasiya Şirkətinin səhmlərinin dörddə üçünü almaqla bu sahədə söz sahibi olmuşdur.

İkinci Dünya müharibəsi illərində toplar və hərbi təyyarələr hazırlamışdır. O, öz zamanında dünyanın ən böyük təyyarəsi olan Hughes H-4 Herculesi düzəltmiş və bir dəfə də olsa uçurmuşdur. Təyyarə İkinci Dünya müharibəsində alüminiuma qoyulan məhdudiyyətlərə görə, əsasən ağacdan istifadə edilərək hazırlanmışdır. Təyyarənin qanadlarının uzunluğu 97,54 metrdir və 8 mühərrikli konstruksiyası onun möhtəşəmliyinin empirik göstəricisidir.
Xeyli sərvət xərclədiyi "Cəhənnəm mələkləri" filminin çəkilişləri uzun illər davam etmiş və filmin çəkilişləri başa çatdıqdan sonra böyük rəğbət qazanmışdır. 1948-ci ildə yenidən kinoya qayıtmışdır. 1953-cü ildə tibb sahəsində elmi-tədqiqatlar aparan institut təsis etmişdir. Ətraf aləm ilə bütün münasibətlərini kəsərək qapalı həyat sürməsi və ölənə qədər heç kimə görünməməsi onun maraqlı cəhətlərdən bəziləridir.
Obsesif kompulsif pozğunluğu olan Howard Hughes, ətrafındakılarla sosial münasibətlərdə həmişə problemlər yaşayırdı.
1950-ci ildə Hovard Robard Hyuz (kiçik) dünyanın ən zəngin insanı olmuşdur. Onun sərvətinin bugünkü pulla 12,8 milyard dollar olduğu məlum olmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Howard Hughes (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Howard Robard Hughes (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Howard Hughes (buk.). // Store norske leksikon. ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
- 1 2 Howard Hughes (xorv.). // Proleksis enciklopedija. / red. Antun Vujić. Leksikografski zavod Miroslav Krleža. 2005–2009.
- 24 dekabrda doğulanlar
- 1905-ci ildə doğulanlar
- Hyustonda doğulanlar
- 5 apreldə vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- Texasda vəfat edənlər
- Kaliforniya Texnologiya İnstitutunun məzunları
- Rays Universitetinin məzunları
- Aviasiya qabaqcılları
- İngilis mənşəli ABŞ şəxsləri
- ABŞ kinorejissorları
- ABŞ iş adamları
- ABŞ milyarderləri
- ABŞ investorları
- Aviaqəzalarda sağ qalmışlar