Məzmuna keç

Kendis Kinq

Vikipediya, azad ensiklopediya
Kendis Kinq
Doğum adı Candice Rene Accola
Doğum tarixi 13 may 1987(1987-05-13) (39 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşağı 2
Partnyoru
Fəaliyyəti müğənni-bəstəkar, televiziya aktrisası, kino aktrisası, bəstəkar
Fəaliyyət illəri 2006-cı ildən
Təhsili
  • Leyk-Hayland hazırlıq məktəbi[d]
Boyu 173 sm
IMDb ID2127038
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kendis Kinq (ing. Candice King; 13 may 1987, Hyuston, Texas) — ABŞ aktrisası, müğənni və bəstəkar.

Kendis Kinq 2013-cü ildə

Kendis Kinq 13 may 1987-ci ildə Texas ştatının Hyuston şəhərində anadan olub. Kendis Kinq Florida ştatının Edqevud şəhərində böyüyüb və Orlando şəhərindəki Lake Hiqland Hazırlıq Məktəbində təhsil alıb.[1]

2006-cı ilin dekabrında Kendis Kinq "It's Always the Innocent Ones" adlı debüt albomunu müstəqil olaraq ABŞ-da yayımladı. Alboma daxil olan 14 mahnıdan 12-sinin sözlərini özü yazıb. O, həmçinin Mayli Sayrusun "Best of Both Worlds" turunda arxa vokalçı kimi çıxış edib və 2008-ci ildə "Hannah Montana & Miley Cyrus: Best of Both Worlds Concert" filmində öznü canlandırıb.[2]

Kendis Kinq "How I Met Your Mother", "Supernatural" və "Drop Dead Diva" kimi televiziya seriallarında qonaq rollarında çıxış edib. 2009-cu ildə "The Vampire Diaries" serialında Karolin Forbes rolunu canlandırmağa başladı və bu rolu ilə iki "Teen Choice" Mükafatı qazandı. Daha sonra "The Originals" və "Legacies" kimi spin-off seriallarında da eyni rolu təkrarladı. 2020-ci ildə "After We Collided" filmində Kimberli rolunu oynadı.[2][3]

Kendis Kinq 2014-cü ildə musiqiçi Co Kinq ilə evləndi və bu evlilikdən iki qızı var, Florens May (2016-cı il təvəllüdlü) və Cozefina Cun (2020-ci il təvəllüdlü). 2022-ci ildə cütlük boşandı. 2023-cü ilin dekabrında Kendis Kinq amerikalı aktyor Stiven Kruqer ilə münasibətdə olduğunu təsdiqlədi.[4]

  1. ↑ Ranchino, Cheryl. "A Rising Star". Southern Illinoisan. 11 dekabr 2007. 30. İstifadə tarixi: 24 fevral 2024.
  2. 1 2 Boyar, Jay. "Back to School". Orlando Magazine. mart 2010. 8 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2010.
  3. ↑ "'The Vampire Diaries' cast off the hook". Los Angeles Times (ingilis). 2 oktyabr 2009. 28 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2023.
  4. ↑ Crook, John. "Celebrity Scoop: Candice Accola". The Toronto Star. 24 dekabr 2010. 191. 24 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]