Məzmuna keç

Lihyan

Vikipediya, azad ensiklopediya
Tarixi dövlət
Lihyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lihyan (ərəb. لحيان‎, Liḥyān; yun. Lechienoi)[1] və ya Dədan — Ərəbistan yarımadasının şimal-qərb hissəsində qədim ərəb padşahlığı. Bu dövlət regionda mühüm mədəni və iqtisadi rol oynamışdır, həmçinin güclü və yüksək səviyyədə təşkil edilmişdir.[2] Lihyanlılar cənubda Yəsribdən və şimalda Levantın bir hissəsindən böyük bir əraziyə hakim olmuşdular.[3] Antik dövrdə Akaba körfəzi Lihyan körfəzi adlanırdı. Bu, Lihyanın əldə etdiyi geniş təsirin sübutu hesab edilir.[4] Padşahlıq Yəhudi Bibliyasında xatırlanır.[5]

Ərəb şəcərələri Bəni Lihyan qəbiləsini İsmayıl övladlarından hesab edirlər. Ərəblər İsmailin nəslindəndirlər. Buna baxmayaraq, iudaist ənənəsində onların birbaşa İbrahimin ikinci zövcəsi Qəturə vasitəsilə İbrahimin nəslindən gəldiyi düşünülür.[6]

  1. ↑ "Liḥyān - ANCIENT KINGDOM, ARABIA". Britannica. 16 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2017.
  2. ↑ Rohmer, Charloux, 2015. səh. 297
  3. ↑ "Saudi Arabia Tourism Guide". 31 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2023.
  4. ↑ Discovering Lehi Arxivləşdirilib 2024-03-28 at the Wayback Machine. Cedar Fort; 9 August 1996. ISBN 978-1-4621-2638-5. p. 153.
  5. ↑ Parr, 1997
  6. ↑ Nethanel ben Isaiah. Sefer Me'or ha-Afelah (ivrit). Yosef Qafih tərəfindən tərcümə olunub. Kiryat Ono: Mechon Moshe. 1983. səh. 119. OCLC 970925649.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]