Məzmuna keç

Qabil (şair)

Vikipediya, azad ensiklopediya
(Qabil İmamverdiyev səhifəsindən istiqamətləndirilmişdir)
Qabil
Qabil Allahverdi oğlu İmamverdiyev
Doğum tarixi 12 avqust 1926(1926-08-12)
Doğum yeri
Vəfat tarixi 4 may 2007(2007-05-04) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Mahir Qabiloğlu[1]
Təhsili
Fəaliyyəti yazıçı, şair
Əsərlərinin dili Azərbaycan dili
Üzvlüyü
Mükafatları "Əmək igidliyinə görə" medalı "İstiqlal" ordeni — 2006 "Şöhrət" ordeni
Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1984 Azərbaycan SSR Dövlət mükafatı — 1976 Azərbaycan Respublikasının xalq şairi

Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976).

Həyatı və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir.

AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib[2]I Fəxri Xiyabanda dəfn olunub.[3] 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.

  1. Qabil (film, 2001)
  • Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2004.
  • Mənim mavi Xəzərim, 1959
  • Ömrüm boyu, 1962
  • Nəsimi, I–III kitab, 1980
  • Ömrün həbləri, 1989
  • İlahi qisməti, 2001
  • Dostlarım, tanışlarım, 2002
  • Seçilmiş əsərləri — I cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Seçilmiş əsərləri — II cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Əsərlər (7 cildlik külliyyat, 2017)
  1. "Qabilin ad günü, Fidel Kastro və AzTV-nin səhvi..." 20 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2013.
  2. "Şair Qabillə gecikmiş FOTOSÖHBƏT". 16 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2013.
  3. "QABİL İMAMVERDİYEV". azertag.az. 4 aprel 2007. İstifadə tarixi: 29 iyul 2025.
  4. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  5. "Q. A. İmamverdiyevə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 1992-ci il tarixli, 183 nömrəli Fərmanı Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine  (az.)
  6. Q. A. İmamverdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1996.- № 3.- S.25.
  7. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.