Sandro Bottiçelli
| Sandro Botiçelli | |
|---|---|
| it. Sandro Botticelli | |
| Botiçellinin avtoportreti | |
| Doğum adı | it. Alessandro di Mariano di Vanni Filipepi |
| Doğum tarixi | |
| Doğum yeri | Florensiya |
| Vəfat tarixi | |
| Vəfat yeri | Florensiya |
| Dəfn yeri | |
| Fəaliyyəti | rəssam, boyakar[d], memarlıq çertyojçusu[d] |
| Janrlar | portret[1], tarix rəssamlığı[1], dini rəssamlıq[d][1], mifologiya rəssamlığı, dini incəsənət[d] |
| Stillər | Florensiya Məktəbi[d][2] |
| Tanınmış işləri | |
|
|
|
Sandro Botiçelli (təq. 1445[2][3], Florensiya, Florensiya Respublikası[2][3] – 17 may 1510[4][3][…], Florensiya, Florensiya Respublikası[5][3]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.
Onun sənətində dini mövzular, aristokratik meyllər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra gözəl əsərlər, o cümlədən mövzusu italyan poeziyasından götürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.
Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "İlahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.
Əsərləri
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 Union List of Artist Names (ing.).
- 1 2 3 Ronald W. Lightbown. Sandro Botticelli / Italian painter / Also known as: Alessandro di Mariano Filipepi (ing.). // Encyclopædia Britannica.
- 1 2 3 4 Grove Art Online (ing.). / ed. Jane Turner. Oxford, England, Houndmills, Basingstoke, England, New York: Oxford University Press.
- ↑ Corco Vazari. Vasari's "Lives of the Most Excellent Painters, etc" in Deutsch. / red. Fritz Schillmann. 1948.
- ↑ Union List of Artist Names (ing.). 15 mart 2018. (İstifadə tarixi: 25 oktyabr 2018).
- 1445-ci ildə doğulanlar
- 17 mayda vəfat edənlər
- 1510-cu ildə vəfat edənlər
- Florensiyada dəfn olunanlar
- Əlifba sırasına görə rəssamlar
- Florensiyada doğulanlar
- Florensiyada vəfat edənlər
- Rəssam qaralamaları
- İtaliya rəssamları
- Florensiya məktəbi sənətkarları
- Fresko rəssamları
- İtalyan intibah rəssamları
- Kvattroçento rəssamları
- Florensiya rəssamları