Satosi Omura
| Satosi Omura | |
|---|---|
| yap. 大村 智 | |
| | |
| Doğum tarixi | 12 iyul 1935[1][2][…] (91 yaş) |
| Doğum yeri | |
| Elm sahəsi | biokimya |
| Elmi dərəcələri |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları |
|
| satoshi-omura.info | |
Satosi Omura[3][4] (12 iyul 1935[1][2][…]) — yapon biokimyaçısı. Əczaçılıq elmləri doktoru (1968-ci il), Kimya elmləri doktoru (1970-ci il). Yaponiya Elmlər Akademiyasının üzvü (2001-ci il). Kitasato Universitetində professor (1975-ci ildən). 2015-ci ildə o, Uilyam Kempbell və Tu Yuyu ilə bərabər Fiziologiya və ya Tibb üzrə Nobel mükafatını bölüşmüşdür. Onlar avermektinlərə əsaslanan yeni bir dərman sinfini - Streptomyces avermitilis bakteriyalarının metabolik məhsulları kəşf etməyə müvəffəq olmuşdular ki, bu da parazit qurdların daşıdığı infeksiyaların (xüsusən də onxoserkoz, fil xəstəliyi) daha effektiv müalicəsinə imkan vermişdir.[5]
ABŞ Milli Elmlər Akademiyasının (1999-cu il),[6] Fransa Elmlər Akademiyasının (2002-ci il)[7] xarici üzvüdür.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1990-cı ildə — Yaponiya Elmlər Akademiyasının mükafatı
- 1997-ci ildə — Robert Kox medalı
- 2008-ci ildə — Şərəf Legionu ordeni
- 2011-ci ildə — Müqəddəs Xəzinə ordeni
- 2014-cü ildə — Asahi mükafatı
- 2015-ci ildə — Mədəniyyət ordeni
- 2015-ci ildə — Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Kara Rogers. Omura Satoshi (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Satoshi Ōmura (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ Satoshi Ōmura // Brockhaus Enzyklopädie (нем.) — F.A. Brockhaus, 1796.
- ↑ Rogers K. Omura Satoshi // Encyclopædia Britannica (англ.)
- ↑ Нобелевскую премию по медицине вручат за борьбу с малярией и червями-паразитами "Arxivlənmiş surət". Archived from the original on 6 oktyabr 2015. İstifadə tarixi: 23 iyun 2026. // Lenta.Ru, 5 октября 2015
- ↑ NAS Elects 60 New Members // Science, 07 May 1999: Vol. 284, Issue 5416, pp. 891
- ↑ Satoshi Omura "Arxivlənmiş surət". Archived from the original on 27 sentyabr 2020. İstifadə tarixi: 23 iyun 2026.
- 12 iyulda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Yamanaşi prefekturasında doğulanlar
- Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Yaponiya Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- "Fəxri legion" ordeninin kavalerləri
- Fransanın Xidmətlərə görə ordeni ilə təltif edilənlər
- "Mədəniyyət" ordeni kavalerləri
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- Yaponiya Elmlər Akademiyası Mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Yaponiya alimləri
- Yaponiya ixtiraçıları