Məzmuna keç

Seki Takakazu

Vikipediya, azad ensiklopediya
Seki Takakazu
yap. 関孝和
Doğum tarixi 1642(1642)
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1708(1708-12-05)[2] (65–66 yaşında)
Vəfat yeri
Dəfn yeri
İş yerləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seki Takakazu (関 孝和?, 1642, Fucioka[d][1] – 5 dekabr 1708[2], Edo[d][1]) və ya Seki Kova (関 孝和?) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur.[3] "Vasanın tanrısı" kimi tanınır.[4]

Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur.[3] Sekinin həyatı haqqında məlumatlar azdır.[5] O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür.[5] O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir.[6]

Elmi töhfələri

[redaktə | vikimətni redaktə et]

Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır.[6] Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur.[5] O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.[6] Determinantlar nəzəriyyəsi alman riyaziyyatçı Qotfrid Leybnits tərəfindən inkişaf etdirilsə də, Seki bu nəzəriyyəni ondan öncə kəşf etmişdir.[6] O, cəbri notasiya sistemini yaratmış, dairənin çevrəsini hesablamaq üçün düstur tapmış, vasanın əsasını qoymuşdur.[4]

Seki "Kayfukuday no ho" (1683) "Kayinday no ho" (1685) kimi əsərlərin müəllifi olmuş, adıçəkilən son əsərdə kök əldə əldə etmək üçün istifadə olunan qədim Çin metodundan bəhs etmişdir.[5]

Seki bir neçə fundamental hesablama konsepsiyası kəşf etmiş,[6] riyaziyyat haqqında bir çox kitab yazmışdır.[3] Onun cəbr texnikaları şagirdi Takabe Katahiro tərəfindən inkişaf etdirilmişdir.[6]

  1. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi.
  2. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. (İstifadə tarixi: 22 avqust 2017).
  3. 1 2 3 The Japan Biographical Encyclopedia & Who's Who
  4. 1 2 Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha. 1983. səh. 231. ISBN 0-87011-628-2. 20 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
  5. 1 2 3 4 Horiuchi, Annick. "Seki Takakazu". Britannica (ingiliscə). 30 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
  6. 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan