Silvio Piola
| Silvio Piola | ||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
| Doğum tarixi | 29 sentyabr 1913[1][2] | |||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||
| Vəfat tarixi | 4 oktyabr 1996 (83 yaşında) və ya 3 oktyabr 1996 (83 yaşında) | |||||||||||||||||||||||||||
| Vəfat yeri | ||||||||||||||||||||||||||||
| Dəfn yeri |
|
|||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
| Boyu | 178 sm | |||||||||||||||||||||||||||
| Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||
Silvio Piola (it. Silvio Piola; 29 sentyabr 1913[1][2] – 4 oktyabr 1996 və ya 3 oktyabr 1996) — 1929-1954-cu illər arasında futbol oynamış italiyalı futbolçu. 1938-ci il Dünya Çempionatının qalibi. A Seriyası tarixinin ən yaxşı bombardiri (274 qol). İtaliya millisinin heyətində cəmi 34 oyuna baxmayaraq, Piola 30 qolla milli komandanın tarixində Luici Riva (35) və Cuzeppe Meattsadan (33) sonra üçüncü ən yaxşı bombardirdir. Novara şəhərində adına futbol stadionu var.[3]
Tərcümeyi-hal
[redaktə | vikimətni redaktə et]Silvio Piola 29 sentyabr 1913-cu ildə İtaliyanın Lombardiya bölgəsində doğulub.[4]
Karyerası
[redaktə | vikimətni redaktə et]Klub
[redaktə | vikimətni redaktə et]Piolanın karyerası "Pro Verçelli" klubunda başlayıb. İtalyan futbolunun yüksək liqasında debütü isə 16 fevral 1930-cu ildə "Bolonya" ilə matçda baş verir. İlk mövsümdə hücumçunun on səkkiz yaşı olmasına baxmayaraq 13 qol vurur.
1933/1934 mövsümündə "Pro Verçelli"də oynayan Piola, 7: 2 hesabı ilə başa çatan "Fiorentina" klubu ilə matçda altı qol vurur.
1934-cü ildə Piola "Latsio" klubuna keçir və paytaxt klubunda oynayaraq iki dəfə A Seriyasının bombardiri olur (1937 və 1943-cü illərdə).
Piolanın karyerasında növbəti klub "Torino" olur. Burada bir mövsumdə 23 oyunda meydana çıxaraq 27 qol vurur.
Futboçu daha sonra "Yuventus" və "Novarra" klublarının formasını geyinir.
Karyerası ərzində A Seriyasında 536 (537) oyun keçirib. Bu nəticə ilə A Seriyası tarixində səkkizinci yerdə qərarlaşıb.
Milli komanda
[redaktə | vikimətni redaktə et]Silvio Piola milli komandadakı ilk matçını 1935-ci il martın 24-də Avstriyaya qarşı keçirdir. Ümumilikdə, Piola 34 milli oyunda 30 qol vurub. Milli komandadakı son oyun, 38 yaşlı Piola 18 may 1952-ci ildə İngiltərəyə qarşı "Florensiya"da (1:1) oynayır.
Uğurları
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Marco Impiglia. Silvio PIOLA (it.). // Dizionario Biografico degli Italiani. Roma: Istituto dell'Enciclopedia Italiana. 2015. Vol. 84. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Silvio Piola † (çd.). // (untranslated). (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ "Arxivlənmiş surət". 21 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.
- ↑ "Arxivlənmiş surət". 28 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.
- ↑ Omar Sivori ilə birlikdə
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- İtaliya milli komandasının statistikası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ital.) )
- Enciolopediadelcalcio.it saytında Piola (ital.) )
- 29 sentyabrda doğulanlar
- 1913-cü ildə doğulanlar
- Lombardiyada doğulanlar
- 4 oktyabrda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- 3 oktyabrda vəfat edənlər
- Pyemontda vəfat edənlər
- Əlifba sırasına görə futbolçular
- İtaliya futbol məşqçiləri
- Yuventus FK futbolçuları
- Torino FK futbolçuları
- Latsio FK futbolçuları
- FİFA Dünya Kubokunun qalib futbolçuları
- İtaliya milli futbol komandasının oyunçuları
- İtaliya futbolçuları
- Futbol hücumçuları
- Pro Verçelli FK futbolçuları
- Novara FK futbolçuları
- İtaliya A Seriyası oyunçuları
- İtaliya B Seriyası oyunçuları
- 1938 FİFA Dünya Kuboku futbolçuları
- İtaliya B Seriyası məşqçiləri
- Kalyari FK məşqçiləri
- İtaliya şəxsləri