Məzmuna keç

Züleyxa Hacıyeva

Vikipediya, azad ensiklopediya
Züleyxa Hacıyeva
Doğum tarixi 25 avqust 1923(1923-08-25)
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 2026(2026-09-02) (103 yaşında)
Təhsili
Fəaliyyəti gimnast, diktor
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1979 SSRİ idman ustası — 1941

Hacıyeva Züleyxa Hacıbaba qızı (25 avqust 1923, Bakı2 sentyabr 2026) — Azərbaycan diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərbaycan Respublikası əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941–48). Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2002)

Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952–1955) işləmiş, 1942–1992-ci illərdə Azərbaycan radiosunun diktoru olmuşdur. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur[1].

2026-cı ilin sentyabrında vəfat edib.[2]

  1. "HACIYEVA Züleyxa Hacıbaba qızı". 25 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2013.
  2. "Əməkdar artist vəfat etdi". Oxu.az (az.). 2 sentyabr 2026. İstifadə tarixi: 2 sentyabr 2026.
  3. E-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). E-qanun.az. 11 may 2002. 26 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2002.