Məzmuna keç

Andorra la Vella

Andorra la Vella
Andorra la Vella
42°30′26″ şm. e. 1°31′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub IX əsr
Sahəsi
  • 30 km²
Mərkəzin hündürlüyü 1.022 m
Əhalisi
Əhalisi
  • 24.042 nəf. (2010, 2012, 2015, 2018, 2019, 2020, 2021, 2022, 2023)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AD500
Nəqliyyat kodu C
Digər
andorralavella.ad
Xəritəni göstər/gizlə
Andorra la Vella xəritədə
Andorra la Vella
Andorra la Vella
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andorra la Vella (Andorra-la-Velya) — Andorranın paytaxtı. Şəhər Vellero-del-Nor və Vellero-del-Olira dağlarının arasında yerləşir. Şərqi Pireney dağlarında (1070 m yüksəklikdə) dağarası çökəklikdə, Valira çayı (Ebro hövzəsi) üzərindədir. Əhalisi 22,615 min (2014). İspaniya ilə Fransanı birləşdirən avtomobil yolu üstündə ticarət-nəqliyyat, bank fəaliyyəti və beynəlxalq turizm mərkəzidir. İqtisadiyyatında xidmət sahələri üstünlük təşkil edir. Suvenir və bəzək əşyalarının kustar istehsalı, ağac və daş üzərində oyma geniş yayılmışdır. Rəvayətə görə, ərəblərin şimala irəliləməsinin qarşısını almaq məqsədilə 9-cu əsrin əvvəlində Böyük Karl tərəfindən salınmışdır. Şəhərin memarlıq abidələri arasında Müqəddəs Armenqol kilsəsi (roman üslubu, 11–12-ci əsrlər), intibah dövrünə aid "Vadilər Evi" (Kassa-de-la-val, 1580, hazırda Andorra incəsənəti və tarixi muzeyinin binası), Ədliyyə sarayı, parlament binası (Sala-del-Konsell) və dövlət arxivi (Set-Panis); 19–20-ci əsrlərə aid binalar, Musiqi Akademiyası, Dövlət Teatrı var.[1]

Qardaş şəhərlər

[redaktə | vikimətni redaktə et]
Valls (İspaniya)

Yaşayış məntəqələri

[redaktə | vikimətni redaktə et]
#Yaşayış məntəqələriƏhali 2005
1Andorra la Vella20.648
2Santa Koloma2.939
3Cəmi23.587
Nr.*RayonƏrazi
km²
İllər Əhali
199020002007
Andorra la Vella1219.02221.18924.574
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491. ISBN 978-9952-441-02-4.
Andorra xəritəsiAndorranın rayonlarıAndorra Bayraq

Andorra la VellaCanilloEncampEscaldes-EngordanyLa MassanaOrdinoSant Julià de Lòria