Ağdaban (Sisian)
| Ağdaban | |
|---|---|
| Ölkə |
|
| Rayon | Sisyan |
Ağdaban — Qərbi Azərbaycanda, indiki Ermənistanın Sisyan rayonu ərazisində mövcud olmuş kənd. Tarixi baxımdan yaşayış məntəqəsi Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil idi. Kənd Bazarçayın sağ sahilində yerləşirdi.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Ağdaban kəndi çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının inzibati ərazisinə daxil olmuşdur. Yaşayış məntəqəsi indiki Ermənistan Respublikasının Sisyan rayonu ərazisində, Bazarçayın sağ sahilində yerləşirdi.[2]
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Toponim mürəkkəb quruluşa malikdir və iki komponentdən ibarətdir: ağ və daban.
ağ — qədim türk dillərində "uca", "yüksək", "hündür" mənasını bildirir;
daban — "dağ aşırımı", "təpə", "aşırım" mənasında işlənir.
Obyektin coğrafi görünüşünə uyğun olaraq belə adlandırılmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. səh.168