Barron Tramp
| Barron Tramp | |
|---|---|
| ing. Barron Trump | |
| | |
| Doğum tarixi | 20 mart 2006 (20 yaş) |
| Doğum yeri | |
| Atası | Donald Trump |
| Anası | Melanya Tramp |
| Təhsili | Nyu-York Universiteti |
Barron Uilliam Tramp (20 mart, 2006) — ABŞ-ın 45-ci və 47-ci Prezidenti Donald Trampın beşinci və ən kiçik övladı. Nyu-Yorkda anadan olan Barron atasının ilk prezidentlik dövründə siyasətdən kənar qalsa da, medianın diqqətini cəlb etmişdi.[1] Həmin vaxt Tramp futbolla maraqlanırdı və yarımmüdafiəçi kimi "D.C. United" akademiyasının komandasına qoşulmuşdu.
Atası Ağ Evi tərk etdikdən sonra o, Floridaya köçdü və 2024-cü ildə Vest-Palm-Biç şəhərində yerləşən Oksbrid Akademiyasını bitirdi. Barrona 2024-cü ildə keçiriləcək Respublikaçılar Partiyasının Milli Qurultayında Floridadan nümayəndə kimi iştirak etmək təklif olunmuşdur, lakin o, bundan imtina etdi. Gənclər arasında Respublikaçıların səslərinin artması Barronun atasının kampaniyasına onlayn təsir göstərənlərlə əlaqə saxlamaq barədə verdiyi məsləhətlə əlaqələndirilir.[2]
Həyatı və təhsili
[redaktə | vikimətni redaktə et]
Barron Uillyam Trump[3] 2006-cı il martın 20-də Donald və Melanya Tramp-ın ailəsində dünyaya gəlib.[4][5] O, alman, şotland və sloven əsillidir.[6] Barron erkən illərini Nyu-Yorkun Manhetten bölgəsindəki "Trump Tower"da keçirib. Ailəsi Donald Trampın ilk prezidentlik dövrünə qədər burada yaşayıb. 2017-ci ilin yanvarında, atasının andiçmə mərasimindən sonra ailə Vaşinqtondakı Ağ Evə köçüb və Barron 2021-ci ildə Donald Trampın səlahiyyət müddəti başa çatana qədər orada yaşayıb. Sonradan Tramp ailəsinin əsas iqamətgahı Florida ştatının Palm-Biç şəhərindəki "Mar-a-Lago" malikanəsi oldu.
Barron Tramp 2015-ci ilin iyununda atasının prezidentlik kampaniyasının başlaması ilə əlaqəli tədbirdə iştirak etmişdi. Donald 2016-cı ilin noyabrında ABŞ Prezident seçildi. O vaxt Barron və Melaniya Tramp onun ictimai imici və təhsili ilə bağlı narahatlıqları səbəbindən seçkidən sonra altı ay müddətində Nyu-Yorkda qaldılar.[7] 2015-ci ilin sentyabrında *People* jurnalına verdiyi müsahibədə o, Vaşinqtona köçəcəyi təqdirdə dostlarını itirə biləcəyi ilə bağlı narahatlığını ifadə etmiçdir.[8]
Atasının ilk andiçmə mərasimində Tramp anasının yanında əyləşmişdi.[9] Barron Con F. Kennedinin oğlundan sonra Ağ Evdə yaşayan ilk prezident oğlu oldu.[10] O, 2017-ci ilin mayında sinif yoldaşlarını Ağ Evə dəvət etmişdir.[11] Sentyabr ayında Merilend ştatının Potomak şəhərində yerləşən və anasının sözlərinə görə, "icmasının müxtəlifliyi və yüksək akademik standartlara sadiqliyi" ilə seçilən hazırlıq məktəbi — Sent-Endryu Yepiskopal Məktəbində təhsil almağa başladı.[12]
2020-ci il Prezident seçkilərindəki məğlubiyyətindən sonra Donald ailəsiylə Mar-a-Laqoya köçdü.[13][14] Barron atasının ilk müddətindəki son çıxışında iştirak etməmişdir.[15] 2021-ci ilin avqustunda o, Florida ştatının Vest-Palm-Biç şəhərindəki "Oksbric Akademiyası"-da təhsilinə başladı.[16] Barron 2022-ci ilə qədər ABŞ Gizli Xidmətin mühafizəsindən yararlanmaq hüququna malik idi.[17] 2024-cü ilin may ayında Tramp Oksbric Akademiyasını[18] bitirdi və həmin ilin sentyabrında Nyu-York Universitetinin Stern Biznes məktəbində təhsilinə başladı.[19]
Karyerası
[redaktə | vikimətni redaktə et]Siyasətdə
[redaktə | vikimətni redaktə et]
Donald müsahibələrinin birində açıqlamışdı ki, Barron ona siyasi məsələlərlə bağlı məsləhətlər verir.[20] Tanınmış siyasi icmaçı Molli Heminqueyin sözlərinə görə, Barron atasını 2020-ci ildəki debatından sonra Co Baydenə danışmağa imkan vermədiyi üçün tənqid edib. "The Wall Street Journal"ın məlumatına görə, 2024-cü ilin martında o, atası və biznesmenlər İlon Mask və Nelson Peltz ilə keçirilən görüşdə iştirak edib.[21] 2024-cü ilin may ayında Barron Trampa Respublikaçıların Milli Qurultayında (konkret konqres dairəsinə bağlı olmadan) Floridadan nümayəndə kimi iştirak etmək təklif olundu.[22] Tramp əvvəlki öhdəliklərini əsas gətirərək dəvəti rədd etdi.[23] ABC News Barron Trampı atasının video və audio çıxışlarını yayılması məsələləri üzrə müşaviri adlandırıb.[24] Daha sonra Melanya Tramp onun gənc seçiciləri Donaldın tərəfinə çəkməkdə mühüm rol oynadığını bildirmişdir.[25] O, atasının 2024-cü il prezident seçkilərindən sonra qələbə nitqini söylədiyi zaman,[26] eləcə də atasının ikinci inauqurasiya mərasimində iştirak etmişdi.[27] The Timesda yazılanlara görə, onun iştirakı Trampa seçkilərdə qalib gəlməyə kömək etdi.[28]
İctimai imici
[redaktə | vikimətni redaktə et]Melanya Tramp Donaldın siyasi karyerasının oğullarının həyatına mənfi təsir göstərməsinin qarşısını almağa çalışırdı.[29] Tramp administrasiyası Barronun "St. Andrey's Episkopal" məktəbində təhsil aldığı müddətdə diqqəti ondan yayındırmağa çalışırdı. Jurnalistlərin fikrincə Barrona qarşı yönələn tənqidlər ailəsinin onu Ağ Evdən daha uzaqda yerləşən məktəbə göndərmək qərarına gəlməsində rol oynamışdı. Məktəbdə təhsil aldığı müddətdə Trampın mühafizəsini Gizli xidmət həyata keçirirdi.[30]
2026-cı ilin fevralında Tramp ailənin digər üzvləri ilə birlikdə Prezidentin illik "Ölkənin vəziyyəti" (State of the Union) ilə bağlı tədbirdə iştirak etmişdir. Bu, onun atasının ikinci inauqurasiyasından bəri ilk ictimai çıxışı idi.[31]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Anasının sloven əsilli[32] olması səbəbindən Barron sloven dilində təmiz danışır, ABŞ və Sloveniya vətəndaşıdır, futbolla maraqlanır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Melania Trump Tells How Son Barron Follows His Dad's Presidential Bid". ABC News. 27 oktyabr 2016. 11 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2025.
- ↑ "Why Barron Trump could be key to Donald winning back the White House". 3 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2026.
- ↑ Bennett, 2019. səh. 114
- ↑ Sangalang, Jennifer; Webb, Kristina; Comstock, Lori. "Barron Trump birthday, spring break? His father may head to Bedminster golf club that weekend". USA TODAY (ingilis). 30 iyun 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2025.
- ↑ Sangalang, Jennifer. "Barron Trump: Everything to know about Donald and Melania Trump's only child, NYU student". The Palm Beach Post (ingilis). 23 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2025.
- ↑ Donald Trump’s Family Tree: All About His Parents, Siblings, Wives and Children
- ↑ "Melania and Barron Trump Won't Immediately Move to White House". The New York Times.
- ↑ Surprised about this whole Donald Trump thing? So, apparently, is his family". The Washington Post.
- ↑ Inauguration of Donald Trump
- ↑ Barron Trump will be first son in White House since JFK Jr.
- ↑ Barron Trump takes classmates to meet the US President on White House tour
- ↑ Trump’s Youngest Son to Attend Maryland Prep School
- ↑ From Commander in Chief to Interloper in Palm Beach
- ↑ "Scenes from Trump's Life After the White House: Golf, Meetings with Lawmakers and (Perhaps) Less TV". 7 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2026.
- ↑ Barron Trump Skipped His Father Donald Trump's Final Speech as President
- ↑ Barron Trump to attend exclusive school near Mar-a-Lago
- ↑ Trump extended Secret Service protection to his adult children and three top officials as he left office
- ↑ "Barron Trump graduates: What will Donald Trump's youngest son do now?". 23 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2026.
- ↑ Barron Tramp NYU-da təhsil alacaq.
- ↑ Trump says son Barron advises him on politics: ‘He is a smart one’
- ↑ Inside Donald Trump and Elon Musk’s Growing Alliance
- ↑ Barron Trump Is Picked to Be Delegate at the Republican Convention
- ↑ Barron Trump declines to be RNC delegate because of ‘prior commitments’
- ↑ "Donald Trump's Gen Z son, Barron, is serving as his unofficial podcast adviser". 27 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2026.
- ↑ Melania Trump Credits Barron Trump With Helping His Father Win
- ↑ Новый портрет семейных ценностей Трампа
- ↑ "Trump's Family Stands by His Side at His Inauguration". 30 sentyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2026.
- ↑ "How Joe Rogan helped Donald Trump to win America". 17 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2026.
- ↑ Melania and Barron Trump Won’t Immediately Move to White House
- ↑ Two Trump Children Escape the Traditional Spectacle as School Begins
- ↑ "Barron Trump makes first public appearance since father's inauguration". 16 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2026.
- ↑ Barron Trump enters political fray as an RNC delegate. Here’s what we know about youngest Trump