Məzmuna keç

İran müharibəsi (2026)

Vikipediya, azad ensiklopediya
2026-cı il İran müharibəsi
Yaxın Şərq böhranı (2023–hal-hazırda) mövzusunun bir hissəsi
Sol panel (yuxarıdan aşağıya): Ərəbistan dənizindəki 3-cü Aviadaşıyıcı Zərbə Qrupu (6 fevral 2026); "USS Delbert D. Black" gəmisi Tomahavk raketini atır (28 fevral 2026); Tehran üzərində qalın qara tüstü buludları qalxır (3 mart 2026); Minab məktəbinə hava hücumunun nəticələri (28 fevral 2026).Sağ panel (yuxarıdan aşağıya): ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Super Hornet təyyarəsi "USS Abraham Linkoln" aviadaşıyıcısından qalxır (27 fevral 2026); İsrail HHQ-yə məxsus F-16 eskadrilyası Deyr əz-Zor üzərindən İran istiqamətində uçur (4 mart 2026); Tehrandakı Azadi qapalı stadionunun dağıntıları (5 mart 2026); Kermanşahda dağıdılmış bina (3 mart 2026).
Sol panel (yuxarıdan aşağıya): Ərəbistan dənizindəki 3-cü Aviadaşıyıcı Zərbə Qrupu (6 fevral 2026); "USS Delbert D. Black" gəmisi Tomahavk raketini atır (28 fevral 2026); Tehran üzərində qalın qara tüstü buludları qalxır (3 mart 2026); Minab məktəbinə hava hücumunun nəticələri (28 fevral 2026).
Sağ panel (yuxarıdan aşağıya): ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Super Hornet təyyarəsi "USS Abraham Linkoln" aviadaşıyıcısından qalxır (27 fevral 2026); İsrail HHQ-yə məxsus F-16 eskadrilyası Deyr əz-Zor üzərindən İran istiqamətində uçur (4 mart 2026); Tehrandakı Azadi qapalı stadionunun dağıntıları (5 mart 2026); Kermanşahda dağıdılmış bina (3 mart 2026).
Tarix 28 fevral 2026 – indiyədək
(6 ay, 1 həftə 1 gün)
Yeri Qərbi Asiya (əsasən İran körfəzi regionu)
Vəziyyəti

Atəşkəs

Münaqişə tərəfləri

ABŞ ABŞ
 İsrail
Dəstəkləyir:
İran Kürdüstanı Siyasi Qüvvələrinin Koalisiyası[1]
Xuzistanlı Ərəb separatçılar[2]


 Livan

 İran

Qeyri-dövlət aktyorları:
Müdafiə məqsədli:
Komandan(lar)

İran Əli Xamenei X
İran Müctəba Xamenei (yaralı)
İran Məsud Pezeşkian
İran Əli Laricani X
İran Əziz Nəsirzadə X
İran Əli Şəmxani X
İran Əbdülrəhim Musəvi  X
İran Məhəmməd Pakpur X

Tərəflərin qüvvəsi
İtkilər

89 İsrail mülki vətəndaşı yaralanıb (onlardan 3-ü birbaşa hücum nəticəsində) [19]

3 ölü,[18] ~3 yaralı[20]
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə:[21]
201 nəfər həlak olub, onlardan ən azı 85-i mülki şəxsdir[22]
747 nəfər yaralanıb
Əbu-Dabidə dağıntı qalıqlarının düşməsi nəticəsində 1 nəfər həlak olub
Əs-Süveydada 5 nəfər ölüb və bir neçə nəfər yaralanıb[23]
Cumeyra palmasında endirilən zərbələr nəticəsində 4 nəfər xəsarət alıb[24]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2026-cı il İran müharibəsi — 28 fevral 2026-cı ildə İsrailAmerika Birləşmiş Ştatları İranda müxtəlif hədəflərə qarşı birgə hücum həyata keçirməyə başladı. Əməliyyatlar Tehran, İsfahan, Qum, KərəcKirmanşah şəhərlərinə endirilən bir sıra zərbələrlə başladı.[25][26][27]

Yaxın Şərq böhranı 2023-cü ildə başladıqdan sonra, 2025-də 12 günlük müharibə baş verdi və İranla, İsrail bir-birinə raket hücumları ettikdən sonra Amerika İranın nüvə stansiyalarına hücum etdi. 2025-in sonunda başlayan İran etirazları isə 2026-cı ildəki müharibənin əsas səbəblərindən sayılır. Amerikanın bu müharibədəki əsas məqsədi İrandaki rejim dəyişikliyinə nail olmaq idi.[28]

Amerikan hökuməti müharibə üçün birdən çox səbəb vermişdir. Bu səbəblərdən bəziləri İranın dron və raket qabiliyyətini zəiflətmək, İranı nüvə silahları qurmaqdan dayandırmaq, İranın neftini talan etmək olmuşdur.

ABŞ prezidenti Donald Tramp İsraillə birlikdə İranı vurduqlarını açıqladı. O, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvlərini silahları yerə qoymağa və bunun müqabilində toxunulmazlıq əldə etməyə çağırdı, əks halda imtinanın "qaçılmaz ölüm" demək olacağını bildirdi.[29]

Amerikan-İsrail hücumları hökümət binalarına, məktəblərə və xəstəxanalara ziyan yetirdi və dinc əhalinin qətlinə yol açdı. Minab məktəbinə hava hücumunda çoxu uşaq olmaqla 168 nəfər öldürüldü.[30] İranın bunlara əks-əməliyyatı isə "Düzgün Vəd IV" (وعده صادق - Va’de-ye Sâdeq) adlanır. İran cavab olaraq İsrailə və Amerikanın hərbi bazalarının yerləşdiyi digər ölkələrə — Qətər, Bəhreyn, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri və daha sonra müharibənin davamında Azərbaycan, Oman, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı daxil olmaqla 10-dan çox ölkəyə dron və raket hücumları etdi. İlk hücumlar İsrail, Qətər və İordaniyaya qarşı oldu.[31]

Zərbələrdə ABŞ raketləri, dronlar və İsrail qırıcı təyyarələrindən istifadə edilib. ABŞ hərbi gəmiləri Tomahavk raketləri, ABŞ quru qoşunu isə HIMARS raketlərini atdı.[32] İlk hücumlar əsas vəzifəli şəxsləri, hərbi komandirləri və obyektləri hədəf aldı. Bunlara Ali Rəhbər Ayətullah Əli Xameneinin iqamətgahı da daxil idi. Peyk görüntüləri həmin kompleksin ciddi şəkildə zədələndiyini və ya dağıdıldığını göstərirdi. Xamenei həmin hücum zamanı öldürüldü. Həmçinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin də öldürüldüyü bildirildi.

Cavab olaraq İran Fars körfəzi bölgəsindən və digər ərazilərindən onlarla ballistik raket buraxaraq İsraili və ABŞ-nin İordaniya, Küveyt, Bəhreyn, Qətər, İraq, Səudiyyə ƏrəbistanıBirləşmiş Ərəb Əmirliklərindəki hərbi bazalarını hədəfə aldı. Bundan əlavə, Yəməndə fəaliyyət göstərən husilər Qırmızı dənizdə hücumlarını bərpa edəcəklərini elan etdilər.

Tramp əməliyyatın məqsədinin İranın raket və hərbi imkanlarını məhv etmək, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və nəhayət, rejimi devirmək olduğunu bildirdi. Zərbələr regional sabitliyi pozduğu üçün Birləşmiş Millətlər Təşkilatı və bir sıra münaqişəyə qoşulmayan ölkələr tərəfindən qınandı, digər tərəfdən isə İranın bölgədəki digər ölkələrə qarşı cavab zərbələri də tənqid edildi. Tənqidçilər hücumların həm daxili, həm də beynəlxalq hüquqa zidd olduğunu da bildirdilər.

Əməliyyatlara İsrail tərəfindən "Nərildəyən şir" (Roaring Lion), ABŞ Müdafiə Nazirliyi tərəfindən isə "Epik qəzəb əməliyyatı" ("Dəstani Qəzəb əməliyyatı" və ya "Möhtəşəm qəzəb əməliyyatı" (Operation Epic Fury) adları verilmişdir.

ABŞ-nin 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxması İrana qarşı sanksiyaların yenidən tətbiq olunmasına, ABŞ və onun müttəfiqləri ilə İran arasındakı münasibətlərdə diplomatiya əvəzinə güc tətbiqinə üstünlük verilməsinə səbəb oldu. Tramp administrasiyası "maksimum təzyiq" strategiyasını qəbul etdi.[33][34]

ABŞ sanksiyalarının yenidən tətbiqi İran iqtisadiyyatına ciddi zərbə vurdu. İran rialı 20% dəyər itirdi — 2021-ci ildə dollar qarşısında məzənnə 35.000-dən 42.000-ə yüksəldi. İranla ticarət edən beynəlxalq banklar böyük məbləğdə cərimələr ödədilər. ABŞ-nin mümkün cəzalarından ehtiyat edən bütün iri Avropa şirkətləri İranla işgüzar əlaqələrini dayandırdı. Sanksiyalar milyonlarla iranlını yoxsulluğa sürüklədi, ərzaq və dərman kimi idxal olunan zəruri mallara münasibətdə alıcılıq qabiliyyətini azaltdı, eyni zamanda inflyasiya, işsizlik və infrastrukturun pisləşməsini sürətləndirdi.

3-cü Aviadaşıyıcı Zərbə Qrupu 6 fevral 2026-cı ildə ABŞ-nin Yaxın Şərqdə hərbi gücləndirilməsi zamanı Ərəbistan dənizində düzülüş şəklində hərəkət edir.

7 oktyabr hücumlarından və 2023-cü ildə Qəzza müharibəsinin başlanmasından sonra İran ilə ABŞ və İsrail arasında gərginlik artdı. Bu müharibə zamanı İsrail Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qrupları — o cümlədən Qəzzada HƏMAS-ı, Livanda Hizbullahı və digərlərini zəiflətdi. İsrail ilə İran 2024-cü ilin aprel və oktyabr aylarında qarşılıqlı zərbələr endirdi, 2025-ci ildə isə qısa müddətli müharibəyə cəlb olundular. Həmin müharibə çərçivəsində ABŞ İranın Nətənzdəki nüvə obyektlərini məhv etməyə yönəlmiş hava zərbəsi həyata keçirdi.

2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda əsasən iqtisadi böhran, rialın çökməsi və qiymət artımı səbəbindən genişmiqyaslı ümummilli hökumət əleyhinə etirazlar başladı. Rejim dəyişikliyi çağırışlarını da əhatə edən bu aksiyalar 1979-cu il inqilabından bəri ən genişmiqyaslı etirazlara çevrildi və ölkənin 100-dən çox şəhərinə yayıldı.

İran hökuməti etirazlara zorakı repressiyalarla, o cümlədən nümayişçilərin qətli ilə cavab verdi; ən qanlı hadisələr 8 və 10 yanvar 2026-cı ildə baş verdi. ABŞ-də yerləşən Human Rights Activists News Agency ölənlərin sayını 7.000 olaraq qiymətləndirdi, İran hökuməti 3.117 nəfərin öldüyünü bildirdi, Donald Tramp və digərləri isə ölənlərin sayının 32.000 olduğunu iddia etdilər. AP News-un məlumatına görə, hökumətin həddindən artıq zor tətbiqi İran cəmiyyətində ümidsizlik yaratmış və bəzi vətəndaşlarda ABŞ hücumuna ümid oyatmışdı. Bir sıra tədqiqatçılar İran hökumətinin hazırda süquta gətirib çıxara biləcək həssas vəziyyətlə üzləşdiyini irəli sürdülər.

13 yanvar 2026-cı ildə ABŞ prezidenti Donald Tramp İranın hökumət əleyhinə etirazçılarına dəstəyini ifadə etdi. 23 yanvarda isə o, USS Abraham LincolnUSS Gerald R. Ford aviadaşıyıcıları, eləcə də bir neçə idarəolunan raket esminesi daxil olmaqla ABŞ "armadasının" Yaxın Şərqə doğru yola düşdüyünü elan etdi.

ABŞ və Avropa rəsmiləri Vaşinqtonun İrana üç əsas tələb təqdim etdiyini bildirdilər: uranın zənginləşdirilməsinin daimi dayandırılması, İranın ballistik raket proqramına ciddi məhdudiyyətlər qoyulması və HƏMAS, Hizbullah və husilər kimi regional proksi qruplara dəstəyin tamamilə dayandırılması. Eyni zamanda, təklif olunan hücumlar silsiləsinin planlaşdırılması İsrail kəşfiyyat qurumları ilə koordinasiyada başladı.

Fars körfəzi cəbhəsi, miqyas: 500 km

6 fevral 2026-cı ildə İran və ABŞ Omanın paytaxtı Maskatda dolayı nüvə danışıqları apardılar. İran tərəfi irəliləyişin paytaxtlarda aparılacaq məsləhətləşmələrdən asılı olduğunu vurğuladı. Nüvə danışıqlarının ikinci mərhələsinin Cenevrədə keçirilməsi planlaşdırıldı.

15–20 fevral tarixləri arasında İran neft ixracını adi səviyyədən üç dəfə artırdı və neft ehtiyatlarını azaltdı. Zərbələr başlamazdan bir gün əvvəl — 27 fevral 2026-cı ildə — Oman Xarici İşlər Naziri Bədr Əl-Busaidi "irəliləyiş" əldə edildiyini bildirdi və İranın zənginləşdirilmiş uranı ehtiyatda saxlamamağa, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam yoxlamasına razılaşdığını açıqladı. Bundan əlavə, İran mövcud zənginləşdirilmiş uranı "mümkün olan ən aşağı səviyyəyə" geri qaytarmağa razı olmuşdu. Əl-Busaidi sülhün "əlçatan məsafədə" olduğunu bildirdi.

2026-cı ilin fevral ayının əvvəlində ABŞ İrana təzyiqi artırmaq üçün ikinci aviadaşıyıcı — USS Gerald R. Ford-u Yaxın Şərqə göndərdi. 11 fevral 2026-cı ildə 1979-cu il inqilabının 47-ci ildönümü hökumətyönlü mitinqlər və güclü antiamerikan ritorika ilə qeyd olundu.

13 fevralda Tramp İranda rejim dəyişikliyinin "baş verə biləcək ən yaxşı hadisə" olacağını bildirdi. 14 fevralda isə ABŞ rəsmiləri Reuters-ə ordunun İranın dövlət və təhlükəsizlik infrastrukturunu hədəf ala biləcək, həftələrlə davam edən genişmiqyaslı əməliyyata hazırlaşdığını açıqladılar.

24 fevral 2026-cı ildə "Ölkənin vəziyyəti" çıxışı zamanı Tramp İranı nüvə silahı yaratmaq səylərini yenidən bərpa etməkdə ittiham etdi, bu niyyətləri "şər xarakterli" adlandırdı və İranın ABŞ, Avropa və xaricdəki ABŞ bazalarını təhdid edə biləcək getdikcə daha inkişaf etmiş raket imkanları yaratdığını iddia etdi. O, lazım gələrsə ABŞ-nin hərəkətə keçməyə hazır olduğunu xəbərdar etdi.

ABŞ Konqresində məxfi kəşfiyyat məlumatları ilə bağlı məlumatlandırılan "Səkkizlər Qrupu" (Gang of Eight) hücum başlamazdan əvvəl brifinq almışdı.

Fevralın sonuna doğru Tramp administrasiyası rəsmiləri İranın nüvə proqramını yenidən başlatdığı, bir neçə gün ərzində bomba hazırlamaq üçün kifayət qədər materiala malik olduğu və tezliklə ABŞ-ni vura biləcək uzaqmənzilli raketlər hazırladığı barədə çoxsaylı sübut olunmamış iddialar səsləndirdi.

Bu bəyanatlar ABŞ və Avropa hökumət rəsmiləri, beynəlxalq silah nəzarəti təşkilatları və ABŞ kəşfiyyat qurumları tərəfindən mübahisələndirildi. Müdafiə Kəşfiyyat Agentliyi əvvəllər İranın ABŞ-yə çata biləcək raketlər istehsal etmək üçün lazımi texniki bacarığı əldə etməsinin ən azı on il çəkəcəyini bildirmişdi. ABŞ Müdafiə Nazirliyi isə 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilmiş əvvəlki zərbələrdən sonra İranın nüvə proqramının iki il geriyə atıldığını qiymətləndirmişdi.

Bununla belə, 27 fevral tarixində MAQATE-nin əvvəlki döyüşlər zamanı zərər görməmiş yeraltı obyektlərdən birində İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı gizlətdiyini aşkar etdiyi barədə məlumat yayıldı.[35][36][37]

İranda hökumət əleyhinə etirazlar və ABŞ-nin ilkin yerləşdirmələri

[redaktə | vikimətni redaktə et]

2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda əsasən iqtisadi böhran, rialın dəyərsizləşməsi və qiymət artımları ilə bağlı səbəblərdən irimiqyaslı ümummilli hökumət əleyhinə etirazlar baş qaldırmışdır. Rejim dəyişikliyi çağırışlarını da əhatə edən bu etirazlar miqyasına görə 1979-cu il inqilabından bəri ən genişmiqyaslı hesab olunan hadisələr,[38] ölkənin 100-dən çox şəhərinə yayılmışdır.[39] İran rejimi buna zorakı repressiyalarla, o cümlədən etirazçıların kütləvi şəkildə qətlə yetirilməklə cavab vermiş, ən ölümcül hadisələr isə 2026-cı ilin 8 və 10 yanvar tarixlərində qeydə alınmışdır.[40] ABŞ-də yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (Human Rights Activists News Agency — HRANA) qurbanların sayını 7.000 nəfər olaraq qiymətləndirmiş, İran hökuməti isə ölənlərin sayının 3.117 nəfər olduğunu bildirmişdir; Donald Tramp və digər şəxslər isə bu rəqəmin 32.000 nəfər olduğunu iddia etmişlər.[41][42] AP News-un məlumatına görə, hökumətin həddindən artıq zor tətbiqi İran cəmiyyətində ümidsizlik yaratmış və bəzi vətəndaşlar arasında ABŞ tərəfindən mümkün hərbi müdaxilə ilə bağlı ümidlərin formalaşmasına səbəb olmuşdur.[43] Bir sıra alimlər İran hökumətinin hazırda onun süqutuna gətirib çıxara biləcək kövrək vəziyyətlə üzləşdiyini irəli sürmüşlər.[44]

2026-cı ilin 13 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazçılara dəstəyini ifadə etmiş,[45] daha sonra 23 yanvarda ABŞ "armada"sının Yaxın Şərqə doğru hərəkət etdiyini elan etmişdir; bu qüvvələrə USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcıları, habelə bir neçə idarəolunan raket destroyeri daxil idi.[46][47] ABŞ və Avropa rəsmilərinin bildirdiyinə görə, Vaşinqton İrana üç əsas tələb təqdim etmişdir: uranın zənginləşdirilməsinə daimi son qoyulması, İranın ballistik raket proqramına ciddi məhdudiyyətlərin tətbiqi və Həmas, HizbullahHusilər kimi regional proksi qruplara dəstəyin tam dayandırılması.[48] Təklif olunan hücumlar silsiləsinin planlaşdırılmasına İsrailin kəşfiyyat orqanları ilə koordinasiya çərçivəsində başlanılmışdır.[49]

Nüvə danışıqları və ABŞ-nin hərbi mövcudluğunu artırması

[redaktə | vikimətni redaktə et]

2026-cı il 6 fevral tarixində İran və ABŞ Omanın paytaxtı Maskatda dolayı nüvə danışıqları aparmışdır. İran tərəfi bildirmişdir ki, irəliləyiş paytaxtlarda aparılacaq məsləhətləşmələrdən asılıdır.[50] Nüvə danışıqlarının ikinci mərhələsinin Cenevrədə keçirilməsi planlaşdırılmışdır.[50] 15-20 fevral tarixləri arasında İran neft ixracını adi səviyyədən üç dəfə artırmış və neft ehtiyatlarını azaltmışdır.[51] Zərbələr başlamazdan az əvvəl, 27 fevral 2026-cı ildə Omanın xarici işlər naziri Bədr Əl-Busaidi "irəliləyiş" əldə olunduğunu və İranın həm zənginləşdirilmiş uranı heç vaxt ehtiyat kimi saxlamamağa, həm də Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən tam yoxlamaya razılaşdığını bildirmişdir.[52] Əlavə olaraq, İran mövcud zənginləşdirilmiş uranı "mümkün olan ən aşağı səviyyəyə" geri dönməz şəkildə endirməyə razı olmuşdur. Əl-Busaidi sülhün "əlçatan" olduğunu qeyd etmişdir.[52][53]

2026-cı ilin fevral ayının əvvəlində ABŞ İrana təzyiqi artırmaq məqsədilə ikinci aviadaşıyıcını — USS Gerald R. Ford-u — Yaxın Şərqə göndərmişdir.[54] 11 fevral 2026-cı ildə 1979-cu il inqilabının 47-ci ildönümü hökumətyönlü mitinqlər və güclü anti-Amerika ritorikası ilə qeyd olunmuşdur.[55] 13 fevral 2026-cı ildə Tramp İranda rejim dəyişikliyinin "baş verə biləcək ən yaxşı şey" olacağını bəyan etmişdir.[56] Bir gün sonra, 14 fevralda ABŞ rəsmiləri Reuters agentliyinə bildirmişlər ki, ABŞ ordusu İranın dövlət və təhlükəsizlik infrastrukturunu hədəf ala biləcək, həftələrlə davam edən genişmiqyaslı əməliyyat kampaniyasına hazırlaşır.[57] 19 fevraladək ABŞ-nin hərbi qüvvələrinin artırılması 2003-cü ildə İraqa müdaxilədən bəri Yaxın Şərqdə ən böyük yerdəyişmə kimi təsvir edilmişdir.[58] 24 fevral 2026-cı ildə İttifaqın Vəziyyəti haqqında çıxışı zamanı Tramp İranı nüvə silahı hazırlamaq səylərini yenidən başlatmaqda ittiham etmiş, bu iddia edilən niyyətləri "mənfur" adlandırmış və İranın ABŞ-ı, Avropanı və xaricdəki ABŞ bazalarını təhdid edə biləcək getdikcə daha inkişaf etmiş raket imkanları yaratdığını bildirmişdir. O, zərurət yaranarsa ABŞ-nin hərəkətə keçməyə hazır olduğunu vurğulamışdır.[59] ABŞ Konqresində məxfi kəşfiyyat məsələləri üzrə məlumatlandırılan səkkiz liderdən ibarət "Səkkizlik qrupu" hücum başlamazdan əvvəl bu barədə məlumatlandırılmışdır.[60]

Fevral ayının sonuna qədər Tramp administrasiyasının rəsmiləri İranın nüvə proqramını yenidən başlatdığı, bir neçə gün ərzində bomba hazırlamaq üçün kifayət qədər materiala malik olduğu və tezliklə ABŞ-yə çata biləcək uzaqmənzilli raketlər hazırladığı barədə çoxsaylı sübuta yetirilməmiş iddialar irəli sürmüşdür. Bu bəyanatlar ABŞ və Avropa hökumət rəsmiləri, beynəlxalq silah monitorinq qurumları və ABŞ kəşfiyyat orqanları tərəfindən mübahisələndirilmişdir.[61] Müdafiə Kəşfiyyat Agentliyi daha əvvəl belə nəticəyə gəlmişdi ki, İranın ABŞ-yə çata biləcək raketlər istehsal etmək üçün texniki bacarıq əldə etməsi ən azı on il vaxt aparacaq;[62] ABŞ Müdafiə Nazirliyi isə 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilmiş əvvəlki zərbələrdən sonra İranın nüvə proqramının iki il geri salındığını qiymətləndirmişdir.[63] Bununla belə, 27 fevral tarixində BAEA-nın əvvəlki döyüşlər zamanı zərər görməmiş yeraltı obyektdə İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı gizlətdiyini aşkar etdiyi barədə məlumat verilmişdir.[64][65] Hücumdan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İrana zərbə endirilməsini müdafiə etmişdir. Ondan əvvəllər İraq müharibəsini tənqid etməsinə baxmayaraq İranda rejim dəyişikliyini dəstəkləyib-dəstəkləməyəcəyi soruşulduqda, o, həyatın "hər cür qəribə dönüşlər və dəyişikliklərlə" dolu olduğunu bildirmişdir.[66]

The Guardian hücumdan bir neçə gün əvvəl bildirmişdir ki, qərar Cenevrədə keçiriləcək görüşün nəticəsindən asılı olacaq və ABŞ nümayəndə heyətinə Stiv Vitkoff və Cared Kuşner rəhbərlik edəcəkdir. ABŞ Avropa Komandanlığının keçmiş müavini və Hərbi Hava Qüvvələrinin istefada olan generalı, hazırda Amerikanın Yəhudi Milli Təhlükəsizlik İnstitutunda fəaliyyət göstərən Charles Wald bəyan etmişdir ki, Gerald R. Ford sinifli aviadaşıyıcının Yaxın Şərqə gətirilməsi İsraili İrandan müdafiə etməyə kömək edəcəkdir.[67] O, həmçinin ABŞ-İran danışıqları uğursuz olacağı təqdirdə, bunun "Obama Suriyada kimyəvi silahlarla bağlı heç nə etmədiyi vaxtdan iki dəfə pis" nəticələrə səbəb ola biləcəyini ifadə etmişdir.[68]

27 fevral 2026 Amerikan saatı ilə EST 3:38də Donald Tramp Texasa gedərkən Epik Qəzəb Əməliyyatının başlaması əmrini verdi və İsrail hava qüvvələri İranı Amerikan Tomahawk raketləri ilə birlikdə vurmağa başladı. Müharibə İslam təqvimində müqəddəs olan Ramazan ayında başladı.

Əməliyyat İsrail tərəfindən "Nərildəyən Aslan Əməliyyatı" kod adı ilə adlandırılıb.[69] İsrail Hərbi Hava Qüvvələri bildirib ki, tarixinin ən böyük döyüş uçuşunda İranın qərbində və mərkəzində 500 hərbi hədəfə zərbə endirib.[70] İranın dəniz gəmiləri də hədəfə alınmışdı.[71] İsrail daha sonra ilkin hücumlarında 24 saat ərzində 1200-dən çox hücumlardan istifadə etdiyini bildirib.[72] ABŞ rəsmisi bildirib ki, onlarla ABŞ hücumu Yaxın Şərqdə yerləşən təyyarələr və bir və ya daha çox təyyarə daşıyıcısından həyata keçirilib.[73]

Iran International-ın verdiyi məlumata görə, bir neçə hərbi bazaya hücum zamanı bir neçə yüksək vəzifəli məmur da daxil olmaqla minlərlə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) şəxsi həlak olub və ya yaralanıb.[74] Bir neçə zərbə Tehranın prezident sarayının yerləşdiyi Paster küçəsi rayonuna və Milli Təhlükəsizlik Şurasına endirilib.

Zərbələr İran infrastrukturuna, mediasına və telefon tətbiqlərinə kiberhücumlarla müşayiət olundu və iranlıları hökumətlərinə qarşı üsyana çağıran mesajlar göndərildi.[75] Kiberhücumlar İranda internetin demək olar ki, tamamilə kəsilməsinə səbəb oldu və 60 saatdan çox davam edən bağlantı normal səviyyənin 1%-ə qədər azalmasına səbəb oldu, hökumət rabitəsinin, dövlət mediasının və ictimai xidmətlərin pozulmasına səbəb oldu. İran o vaxtdan bəri internetə çıxışı məhdudlaşdıraraq yalnız hökumət tərəfindən təsdiqlənmiş istifadəçilər üçün girişə icazə verdi.[76]

İsrail hərbi rəsmiləri hücumlardan əvvəl aylarla davam edən planlaşdırmanın hədəflərini dəqiq müəyyənləşdirməyə, "taktiki sürpriz"ə nail olmağa və ABŞ-ın dəstəyini qazanmağa imkan verdiyini bildirdilər.[77] İsrailin İrana qarşı əvvəlki hücumlarının əksəriyyətinin baş verdiyi gecə deyil, səhər hücumları sürpriz elementini daha da artırdı.[78] Zərbələr başladıqdan sonra İsrail İranın qisas alacağını gözləyərək fövqəladə vəziyyət elan etdi və vətəndaşlarını qorunan ərazilərdə qalmaları barədə xəbərdar etdi.[79] İsrail artıq növbədə olan 50.000 nəfərə əlavə olaraq 20.000 ehtiyat əsgəri çağırdı.[80] İsrail Səhiyyə Nazirliyi xəstəxana əməliyyatlarını yeraltına köçürdü. İsrail hərbi sənaye və infrastruktur yaxınlığında yaşayan İran vətəndaşlarını dərhal təxliyə etmələri barədə xəbərdar etdi.[81]

28 fevralda Şərq vaxtı ilə saat 02:30-da Donald Tramp Truth Social-da səkkiz dəqiqəlik video açıqlama yayımladı və ABŞ-ın İrana hücumlarının məqsədinin əslində rejim dəyişikliyi olduğunu bildirdi. Tramp İranın "təhdidedici fəaliyyətlərinin" ABŞ-ı və müttəfiqlərini təhlükəyə atdığını söylədi.

Tramp və Benyamin Netanyahu həm İranda nüvə silahlarının potensial təhlükəsi barədə xəbərdarlıq etdilər, həm də İran xalqını hökumətlərini devirməyə çağırdılar.[82] “The Times of Israel” qəzeti müdafiə naziri İsrael Katzın hücumları “İsrail Dövlətinə qarşı təhdidləri aradan qaldırmaq” məqsədi daşıyan “qabaqlayıcı hücum” adlandırdığını bildirib.[83] İran ABŞ silahlı qüvvələrinin aqressiv mövqeyini dəlil kimi göstərərək ABŞ-a hücum etmək niyyətində olduğuna dair iddiaları rədd edib.[84]

Amerikan təyyarələri USS Lincoln'da
Amerikan təyyarələri USS Lincoln'da
  1. "Kurdistan Announces Safety, Supply and Power Measures as Missiles Intercepted Over Erbil". Kurdistan24. 28 fevral 2026. İstifadə tarixi: 28 fevral 2026.
  2. https://www.theguardian.com/world/2026/mar/06/iran-backed-militias-iraq-attacks-us-israel}
  3. "Arxivlənmiş surət". 28 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2026.
  4. "National Communication Centre: Multiple Missiles Detected and Successfully Intercepted in Bahraini Airspace". Bahrain News Agency. 28 fevral 2026. İstifadə tarixi: 28 fevral 2026.[ölü keçid]
  5. "Arxivlənmiş surət". 13 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2026.
  6. Lehmann, Noam. "Iraq shuttering airspace after US, Israel strike Iran". Times of Israel. 28 fevral 2026. 9 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  7. "Jordan downs two ballistic missiles amid Iran escalation". Saudi Gazette. 28 fevral 2026.
  8. https://www.reuters.com/world/italian-base-iraqi-kurdistan-hit-by-missile-defence-ministry-says-2026-03-12/
  9. "Netanyahu says joint Israel-US operation seeks to change Iran's trajectory". Saudi Gazette (ingilis). 28 fevral 2026. İstifadə tarixi: 28 fevral 2026.
  10. "Oman port and tanker hit as US-Israeli attacks on Iran widen regional war"
  11. "Second wave of missiles targeting Qatar successfully intercepted, Ministry of Defence says". CNN. İstifadə tarixi: 28 fevral 2026.
  12. Walia, Gandharv. "Will Qatar, UAE, Saudi Arabia, Kuwait, Jordan, Bahrain and other Gulf countries attack Iran now and was Tehran airstrikes successful? Full update on missile strikes in Gulf region". The Times of India. 28 fevral 2026.
  13. "Arxivlənmiş surət". 10 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2026.
  14. Al Jazeera https://www.aljazeera.com Arxiv surəti 7 iyul 2013 tarixindən Wayback Machine saytında Turkiye says Iranian ballistic missile intercepted by NATO air defences
  15. "Four people killed in Syria after an Iranian missile falls on building, state media reports". The Times of India. 28 fevral 2026.
  16. "UAE intercepts several Iranian missiles". Dubai Eye 103.8. 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  17. Boucher, Harriette. "British planes 'in the sky' after Iran strikes as UK joins defensive efforts, says Starmer". The Independent. 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  18. 1 2 Solomon, Erika. "U.S. Attacks Iran as Trump Calls for Overthrow of Government". The New York Times.
  19. Fabian, Emanuel. "Medics treat 89 people during Iranian strikes, most lightly hurt running for shelter". The Times of Israel (ingilis). 28 fevral 2026. ISSN 0040-7909. 11 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  20. "Two Iraqi Hashid Shaabi fighters killed in air strike south of Baghdad". Al Jazeera English.
  21. "US, Israel attack Iran live: Trump announces 'major combat operations'". Al Jazeera English.
  22. "US and Israeli attack on Iran: At least 85 girls killed in strike on school". Middle East Eye (ingilis). 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  23. "Following exchange of attacks between Israel and Iran | Five people, including child, killed in Al-Suwaidaa". The Syrian Observatory For Human Rights.
  24. "Iran launches attacks across Middle East after US and Israel strikes on leadership sites". BBC News (ingilis). 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  25. "Pentagon names Iran mission 'Operation Epic Fury'". www.iranintl.com (ingilis). 28 fevral 2026. 1 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  26. Cheney, Aditi Sangal, Christian Edwards, Nina Giraldo, Kaanita Iyer, Adam Cancryn, Kareem El Damanhoury, Tori B. Powell, Oren Liebermann, Max Saltman, Gianluca Mezzofiore, Lauren Kent, Jennifer Hansler, Tal Shalev, Jeremy Diamond, Kit Maher, Kristen Holmes, Alejandra Jaramillo, Natasha Bertrand, Mitchell McCluskey, Abeer Salman, Dana Karni, Catherine Nicholls, Mostafa Salem, Uriel Blanco, Anabella Gonzalez, Christian Sierra, Haley Britzky, Gul Tuysuz, Thomas Bordeaux, Farida Elsebai, Yong Xiong, Frederik Pleitgen, Jennifer Hauser, Adam Pourahmadi, John Miller, Josh Campbell, Alayna Treene, Jomana Karadsheh, Sophie Tanno, Tala Alrajjal, Auzinea Bacon, Camila DeChalus, CNN Staff, Ellis Kim, Dan Berman, Julia Benbrook, Lou Robinson, Jim Sciutto, Kevin Liptak, Renée Rigdon, Abbas Al Lawati, Nic Robertson, Nick Paton Walsh, Tim Lister, Samantha Waldenberg, Michelle Velez, Zachary Cohen, Manu Raju, Jeff Zeleny, Antoinette Radford, Charlotte Reck, Eugenia Yosef, Bijan Hosseini, Duarte Mendonca, Isaac Yee, Teele Rebane, Logan Schiciano, Kaitlan Collins, Angus Watson, Avery Schmitz, Todd Symons, Brad Lendon, Nadeen Ebrahim, Satish. "Israel names operation against Iran "Roaring Lion"". CNN (ingilis). 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  27. "Israel names operation against Iran 'Lion's Roar'". www.iranintl.com (ingilis). 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  28. Wong, Edward. "Trump Initially Laid Out Five Goals for the Iran War. Here's Where They Stand". The New York Times (ingilis). 1 aprel 2026. ISSN 0362-4331. İstifadə tarixi: 20 may 2026.
  29. Magid, Jacob. "Trump indicates goal of Iran strikes is to topple regime; tells Iranian people: 'When we're finished, take over your government'". The Times of Israel (ingilis). 28 fevral 2026. ISSN 0040-7909. 30 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  30. "The brutality of war measured in children's lives as hostilities escalate in Iran". www.unicef.org (ingilis). 17 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2026.
  31. modern.az. "Countries bombed by Iran and the number of losses - LIST". Modern.az (ingilis). 13 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2026.
  32. Jake Epstein. "Here are the weapons America used to strike Iran — and shield against retaliation". Business Insider. 28 fevral 2026. İstifadə tarixi: 28 fevral 2026.
  33. "In-Depth | Iran's raging protests expose its economic pressures". Moneycontrol (ingilis). 9 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  34. "Iran nuclear deal: Trump pulls US out in break with Europe allies". www.bbc.com (ingilis). 9 may 2018. 17 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  35. "IAEA says Iran stored highly enriched uranium at underground Isfahan site". www.iranintl.com (ingilis). 27 fevral 2026. İstifadə tarixi: 28 fevral 2026.
  36. Robertson, Noah. "US strikes set back Iran's nuclear program up to 2 years, DOD says". Military Times (ingilis). 3 iyul 2025. 6 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2026.
  37. nations, David E. SangerDavid E. Sanger has covered conflicts among; Foreign, Superpowers in More Than Four Decades as a; Times, Washington correspondent for the. "For Trump, the Iran Attack Is the Ultimate War of Choice". The New York Times (ingilis). 28 fevral 2026. ISSN 0362-4331. İstifadə tarixi: 28 fevral 2026.
  38. "Iranian regime rallies supporters in bid to quell unrest" (ingilis). 13 yanvar 2026. 15 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  39. "Inside an exiled prince's plan for regime change in Iran". POLITICO (ingilis). 13 yanvar 2026. 29 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  40. Pourahmadi, Mostafa Salem, Jomana Karadsheh, Sarah Dean, Florence Davey-Attlee, Adam. "The night Iran went dark: Witness accounts and video reveal violence inflicted during Iran's internet blackout". CNN (ingilis). 23 yanvar 2026. 11 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  41. "Iran anti-government student protests spread to more universities". www.bbc.com (ingilis). 23 fevral 2026. 16 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  42. "Iran Protest Death Toll Could Top 30,000, According to Local Health Officials". (#archive_missing_date) tarixində (#archive_missing_url) arxivləşdirilib. (#invalid_param_val); (#cite_web_url)
  43. "Iranians grieve defiantly for thousands killed in last month's crackdown". AP News (ingilis). 19 fevral 2026. 25 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  44. Ansari, Ali. "How much longer can Iran's Islamic Republic survive?". New Statesman (ingilis). 14 yanvar 2026. 14 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  45. "Trump urges Iranians to keep protesting, saying 'help is on its way'". 29 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  46. Wintour, Patrick; editor, Patrick Wintour Diplomatic. "Trump says US 'armada' heading to Middle East as Iran death toll put above 5,000". The Guardian (ingilis). 24 yanvar 2026. ISSN 0261-3077. İstifadə tarixi: 1 mart 2026.
  47. "Iran's supreme leader killed in U.S.-Israeli attack; Tehran strikes Israel, Arab states". 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  48. Pager, David E. SangerTyler; Sanger, Farnaz FassihiDavid E.; Washington, Tyler Pager reported from; York, Farnaz Fassihi from New. "Trump Threatens Iran With 'Massive Armada' and Presses a Set of Demands". The New York Times (ingilis). 28 yanvar 2026. ISSN 0362-4331. 29 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  49. Staff, Al Jazeera. "World reacts to US, Israel attack on Iran, Tehran retaliation". Al Jazeera (ingilis). 1 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  50. 1 2 "U.S. and Iran set to hold second round of nuclear talks in Geneva". 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  51. "Iran Rushes to Ship Oil Ahead of Possible U.S. Strike". 2 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  52. 1 2 Staff, Al Jazeera. "Peace 'within reach' as Iran agrees no nuclear material stockpile: Oman FM". Al Jazeera (ingilis). İstifadə tarixi: 1 mart 2026.
  53. "U.S.-Iran deal is "within our reach," Omani mediator says - CBS News". www.cbsnews.com (ingilis). 27 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  54. Sabbagh, Dan; Defence, Dan Sabbagh; editor, security. "Trump sends second aircraft carrier to Middle East in effort to increase pressure on Iran". The Guardian (ingilis). 13 fevral 2026. ISSN 0261-3077. İstifadə tarixi: 1 mart 2026.
  55. "Iran commemorates 1979 revolution as nation is squeezed by anger over crackdown and tensions with US". 10 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  56. "Trump says Iran regime change is 'best thing that could happen'". 16 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  57. "Exclusive: US military preparing for potentially weeks-long Iran operations".
  58. Holliday, Lara Seligman, Michael R. Gordon,Alexander Ward and Shelby. "U.S. Gathers the Most Air Power in the Mideast Since the 2003 Iraq Invasion". The Wall Street Journal (ingilis). 19 fevral 2026. 19 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  59. "Client Challenge". www.ft.com. 10 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  60. "'Gang of Eight' was briefed on Iran attack by Trump admin before strikes". The Independent (ingilis). 28 fevral 2026. 1 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  61. Sanger, Mark MazzettiEdward WongDavid E.; Washington, Julian E. BarnesReporting from. "In Trump's Case for War, a Series of False or Unproven Claims". The New York Times (ingilis). 27 fevral 2026. ISSN 0362-4331. İstifadə tarixi: 1 mart 2026.
  62. nations, David E. SangerDavid E. Sanger has covered conflicts among; Foreign, Superpowers in More Than Four Decades as a; Times, Washington correspondent for the. "For Trump, the Iran Attack Is the Ultimate War of Choice". The New York Times (ingilis). 28 fevral 2026. ISSN 0362-4331. İstifadə tarixi: 1 mart 2026.
  63. Robertson, Noah. "US strikes set back Iran's nuclear program up to 2 years, DOD says". Military Times (ingilis). 3 iyul 2025. 6 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  64. "IAEA report says Iran must allow inspections, points at Isfahan".
  65. "IAEA says Iran stored highly enriched uranium at underground Isfahan site". www.iranintl.com (ingilis). 27 fevral 2026. İstifadə tarixi: 1 mart 2026.
  66. "Vance: 'No chance' any Iran strikes would lead to long war in Middle East". 27 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  67. null. "Update from Erica Solomon and Farnaz Fassihi". The New York Times (ingilis). 28 fevral 2026. ISSN 0362-4331. 10 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  68. Roth, Andrew. "Marco Rubio briefs US lawmakers on Iran as Trump uses State of the Union to threaten nuclear programme". The Guardian (ingilis). 25 fevral 2026. ISSN 0261-3077. 19 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2026.
  69. Munitz, Shmuel; Munitz, Shmuel. "From ancient Israel to modern Iran: the enduring symbolism of the lion". Ynetglobal (ingilis). 6 mart 2026. 15 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  70. Fabian, Emanuel. "IDF says 200 jets involved in Air Force's largest-ever attack sortie". The Times of Israel (ingilis). 28 fevral 2026. ISSN 0040-7909. 28 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  71. Panella, Jake Epstein, Chris. "Satellite images show an Iranian warship burning pierside after US and Israeli strikes". Business Insider (ingilis). 14 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  72. Hancock, Nils Adler,Joseph Stepansky,Federica Marsi,Edna Mohamed,Virginia Pietromarchi,Usaid Siddiqui,Alma Milisic,Ted Regencia,Caolán Magee,Mariamne Everett,Umut Uras,Adam. "US, Israel attack Iran updates: Khamenei, top security officials killed". Al Jazeera (ingilis). 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  73. null. "Iran Says Supreme Leader Killed in U.S.-Israeli Strikes". The New York Times (ingilis). 28 fevral 2026. ISSN 0362-4331. 10 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  74. "Senior Revolutionary Guards commanders killed in US-Israel strikes - Reuters". www.iranintl.com (ingilis). 28 fevral 2026. 7 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  75. "Israel performs largest cyberattack in history against Iran | The Jerusalem Post". The Jerusalem Post | JPost.com (ingilis). 28 fevral 2026. 4 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  76. Behrooz, Parin. "Iran Maintains Near-Total Internet Blackout Amid U.S.-Israeli Strikes". The New York Times (ingilis). 18 mart 2026. ISSN 0362-4331. İstifadə tarixi: 22 may 2026.
  77. "Israel says months of planning led to surprise Iran strikes". www.iranintl.com (ingilis). 28 fevral 2026. 15 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  78. Halbfinger, David M.; Jerusalem, Ronen BergmanReporting from; Aviv, Tel. "How the Assault on Iran Unfolded". The New York Times (ingilis). 1 mart 2026. ISSN 0362-4331. İstifadə tarixi: 22 may 2026.
  79. McCluskey, Christian Edwards, Karina Tsui, Mitchell. "What we know about the US-Israeli attack on Iran and Tehran's retaliation". CNN (ingilis). 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  80. Fabian, Emanuel. "Israel calls up 20,000 reservists, in addition to the 50,000 reservists currently on duty". The Times of Israel (ingilis). 28 fevral 2026. ISSN 0040-7909. 15 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  81. "Azerbaijan summons Iran ambassador after strike injures two in Nakhchivan". www.iranintl.com (ingilis). 5 mart 2026. 1 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  82. "Trump announces "major combat operations" in Iran. Watch the full video and read his statement. - CBS News". www.cbsnews.com (ingilis). 1 mart 2026. 19 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  83. McCluskey, Christian Edwards, Karina Tsui, Mitchell. "What we know about the US-Israeli attack on Iran and Tehran's retaliation". CNN (ingilis). 28 fevral 2026. 28 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.
  84. Scahill, Jeremy. "EXCLUSIVE: Iran's Deputy Foreign Minister Rejects Trump's "Big Lie" About Why He Went to War". www.dropsitenews.com (ingilis). 19 may 2026. 13 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2026.