Məzmuna keç

Benjamin Yudah

Vikipediya, azad ensiklopediya
Benjamin Yudah
ing. Judah Philip Benjamin
Doğum tarixi 6 avqust 1811(1811-08-06)
Doğum yeri
Vəfat tarixi 6 may 1884(1884-05-06) (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
Təhsili
Fəaliyyəti Hüquqşunas, vəkil
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Benjamin Yudah (ing. Judah Philip Benjamin; 6 avqust 1811, Kristiansted[d]6 may 1884, Paris) — Hüquqşunas, vəkil. Yudah yəhudi olduğunu açıq şəkildə etiraf etmiş ilk senatordur. Amerika Konfederativ Ştatları elan olunandan sonra, bu dövlətdə bir sıra yüksək vəzifələrdə çalışmışdır. Benjamin Yudah XIX əsrdə ABŞ-də yaşayan və fəaliyyət göstərən ən məşhur vəkillərdən biri olmuşdur.

1832-ci ildə Luiziana kübar cəmiyyətinə daxil olmuşdur. Şəkər plantasiylarında və mərkəzi dəmir yolu şirkətində bir müddət fəaliyyət göstərmişdir. 1842-ci ildə Luiziana ştatının əyalət məclisinə daxil olur. Öz çıxışlarında quldarlığı daim dəstəkləmiş və Abolisionistlərə qarşı sərt tədbirlərin görülməsini təklif etmişdir. Luiziana ştatının ABŞ-dən ayrılmasından sonra ABŞ Vətəndaş müharibəsinə qatılmışdır. Müharibənin sonuna qədər Amerika Konfederativ Ştatlarında müxtəlif vəzifələrdə çalışan Benjamin Yudah Ku Kluks Klan təşkilatının maliyyələşməsində və fəaliyyət göstərməsində böyük rol oynamışdır.