Məzmuna keç

Ceyms Çadvik

Vikipediya, azad ensiklopediya
(Ceyms Çedvik səhifəsindən istiqamətləndirilmişdir)
Ceyms Çadvik
ing. James Chadwick
Doğum tarixi 20 oktyabr 1891(1891-10-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 iyul 1974(1974-07-24)[4][1][…] (82 yaşında)
Vəfat yeri
Elm sahələri fizika, neytron, Radioaktivlik
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Ernest Rezerford
Tanınmış yetirmələri Moris Qoldhaber
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı — 1945 Medal of Freedom Companion of Honour — 1970 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
Fizika üzrə "Nobel" mükafatı — 1935 "Kopli" medalı — 1950
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Çadvik (20 oktyabr 1891[1][2][…]24 iyul 1974[4][1][…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi.[5]

MançesterKembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur.[5]

Kavendiş laboratoriyası fizikanın bəzi böyük kəşflərinin məkanı idi. 1874-cü ildə Dyuk Devonşir tərəfindən təsis edilib (Kavendiş ailəsinin adı idi), ilk professor isə Ceyms Clerk Maksvell idi.

1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə). Çedvikin ən böyük xidmətlərindən biri, berillium hədəfi alfa-hissəciklər seli ilə şüalandırarkən neytronu kəşf etməsidir (1932). 1934–35-ci illərdə əməkdaşı M. Qoldhaberlə birlikdə qamma-kvantların təsiri altında deytronun neytron və protona fotodissosiasiyasına aid təcrübələr qoymuşdur. 1943–45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alimləri qrupuna rəhbərlik etmişdir.[5]

  1. 1 2 3 4 James Chadwick (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 CHADWICK JAMES. // Encyclopædia Universalis. Encyclopædia Britannica Inc.. 1968. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. various authors. Dictionary of National Biography (ing.). / ed. Leslie Stephen, Sidney Lee. London. 1885.
  4. 1 2 Чедвик Джеймс (rus.). // Большая советская энциклопедия: [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия. 1969—1978.
  5. 1 2 3 Çedvik // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel  Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 483. ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]