Deniel Makfadden
| Deniel Makfadden | |
|---|---|
| ing. Daniel Little McFadden | |
| | |
| Doğum tarixi | |
| Doğum yeri |
Relic, Şimali Karolina |
| Milliyyəti |
|
| Elm sahəsi | ekonometrika |
| Elmi dərəcəsi | professor |
| İş yerləri | Berkli Kaliforniya Universiteti, Massaçusets Texnologiya İnstitutu |
| Təhsili |
|
| Elmi rəhbəri | Leonid Qurvits |
| Tanınır | kəsikli seçki |
| Üzvlüyü | |
| Mükafatları |
1975 Con Beyts Klark, 1986 Friş medalı, |
Deniel Makfadden (ing. Daniel Little McFadden) (29 iyul 1937[1][2], Roli[3]) — amerikalı iqtisadçı. 2000-ci ildə Ceyms Hekmanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmə səbəbini İsveç Kral Elmlər Akademiyası bu şəkildə ifadə etmişdi: "Deniel Makfadden kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə təltif olunur". Deniel Makfadden hələ də Berkli Kaliforniya Universitetində iqtisadiyyat professoru olaraq işləyir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Deniel Makfadden 29 iyul 1937-ci ildə Relic şəhərində anadan olub. 19 yaşında olarkən Minnesota Universitetindən fizika ixtisası üzrə məzun oldu və 5 il sonra iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Minnesota Universitetində olarkən elmi rəhbəri Leonid Qurvitsdi. Leonid Qurvits də 2007-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.
Deniel Makfadden 1964-cü ildə Berkli Kaliforniya Universitetində işləməyə başladı. 1977-ci ildə Massaçusets Texnologiya İnstitutuna keçdi, lakin 1991-ci ildə yenidən Berkli Kaliforniya Universitetinə geri döndü. 1975-ci ildə Con Beyts Klark, 1986-cı ildə isə Friş medalına layiq görülmüşdür. 1981-ci ildə ABŞ Beynəlxalq Elmlər Akademiyasına üzv seçilmişdir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Daniel L. McFadden (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ Daniel L. McFadden (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ Daniel L. McFadden (ing.). // nobelprize.org. Nobel Foundation. (İstifadə tarixi: 27 yanvar 2021).
- Yaşayan insanlar
- 29 iyulda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Minnesota Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- ABŞ iqtisadçıları
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları
- Berkli Kaliforniya Universitetinin müəllimləri
- Massaçusets Texnologiya İnstitutunun müəllimləri