Leopardus tilcayo
| Leopardus tilcayo | ||||||
|---|---|---|---|---|---|---|
| | ||||||
| Elmi təsnifat | ||||||
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Leopardus tilcayo |
||||||
| Beynəlxalq elmi adı | ||||||
|
||||||
| ||||||
Leopardus tilcayo — pişiklər (Felidae) fəsiləsinin Cənubi Amerika pişikləri cinsinə aid olan və Boliviyada yaşayan yırtıcı məməli növü. Leopardus tilcayo adətən adi ev pişiyindən daha kiçik ölçülərə malik xırda yırtıcıdır.[2] Tipik nümunə 2017-ci ildə "Senda-Verde" vəhşi təbiət üçün özəl sığınacağına təhvil verilmişdir.
Aşkarlama
[redaktə | vikimətni redaktə et]Yerli sakinlərdən olan gənc bir şəxs heyvanı hələ pişik balası ikən tapmış və ev pişiyi olduğunu zənn edərək evinə aparmışdır.[3] Onun ailəsi tapıntıya bir ildən artıq qulluq etmiş, bu müddət ərzində heyvanın toyuqları ovladığını və adi pişiklərdən fərqli şəkildə miyoldadığını müşahidə edərək,[4] bu "qəribə pişik"lərini sığınacağa təhvil vermişlər.[5][6] Sığınacaq isə öz növbəsində tədqiqatçı Paola Noqales-Askarruns ilə əlaqə saxlamış və o, heyvanın öyrənilməsi ilə məşğul olmağa başlamışdır.[2]
Bu növ yüz ildən artıq bir müddət ərzində təsvir edilmiş ilk vəhşi pişik növü olmuşdur.[7] Müəyyən edilmişdir ki, həmin növ Boliviyanın Şimali Yunqas əyalətində, dəniz səviyyəsindən təxminən 1,5 kilometr hündürlükdə yerləşən dumanlı meşələrdə (təbiət zonası növü) — heyvanın gətirildiyi sığınacağın yaxınlığında məskunlaşmışdır.
Taksonomiya
[redaktə | vikimətni redaktə et]Paola Noqales-Askarrunsın sözlərinə görə, növlərə "tilkayo" adının verilməsi qərara alınmışdır. Yerli sakinlər bu pişiyi məhz belə adlandırırlar. Bu, onların nəsildən-nəslə ötürülən biliklərinə və bu heyvanla olan bağlılıqlarına ehtiram göstərmək üsuludur.[2]
Növ 2026-cı ildə müxtəlif elmi müəssisələrin müəllif kollektivi tərəfindən təsvir edilmişdir. Həmin tədqiqatda, həmçinin qonşu Perudan olan onsilaların (Leopardus tigrinus) yeni bir yarımnövü — Leopardus tigrinus antisuyo da təsvir olunmuşdur.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Jonas Lescroart, Paola Nogales-Ascarrunz, Molly Cassatt-Johnstone, Alejandra Bonilla-Sánchez, Caroline Charão Sartor, Fernando Angulo, Tadeu Gomes de Oliveira, Jorge L. Ramirez, Larissa Rosa de Oliveira, Enzo Aliaga-Rossel et al.. Phylogenomics and museomics reveal five distinct species of tiger cats in South America (ing.). // Current Biology. United Kingdom: Cell Press, Elsevier. sentyabr 2026. ISSN 0960-9822; 1879-0445 DOI PMID:42753727.
- 1 2 3 Ellis, Sophie. "New species of wild cat discovered in Bolivia's cloud forest". Discover Wildlife (ingilis). 17 sentyabr 2026. 17 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2026.
- ↑ «La Nacion». El hallazgo del «Tilcayo»: lo confundieron con un gato doméstico pero reveló la existencia de una nueva especie para la ciencia
- ↑ "«Infobae». Lo criaron como un gato doméstico, cazaba gallinas y maullaba distinto: el ADN confirmó que era una especie silvestre desconocida". 19 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2026.
- ↑ «Clarin». Tilcayo, el nuevo gato silvestre de la ciencia: cómo es la primera especie de felinos descubierta en 100 años
- ↑ По другим данным, «странной» кошку назвал не прежний владелец в общении с сотрудниками приюта, а сотрудники приюта в диалоге с исследователем: 1 Arxiv surəti 17 sentyabr 2026 tarixindən Wayback Machine saytında
- ↑ Bittel, Jason. "Meet the First New Cat Species Discovered in 100 Years". National Geographic (ingilis). 17 sentyabr 2026. 17 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2026.
- ↑ "Nova vrsta mačke otkrivena u Boliviji, prva poslije više od jednog vijeka". vijesti.me (serb). 19 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2026.