Tokantins
| Tokantins | |
|---|---|
| | |
|
|
|
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1988 |
| Sahəsi |
|
| Hündürlük | 525 m |
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | BR-TO |
| Rəsmi sayt | |
|
|
|
Tokantins (port. Tocantins) — Braziliyanın mərkəzində yerləşən ştat. Şimaldan Para və Maranyan, şərqdən Piaui və Baiya, qərbdən Matu-Qrosu, cənubdan Qoyas ilə sərhədə malikdir[1]. İnzibati mərkəzi Palmas şəhəridir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Ərazisinin böyük hissəsini savannalar təşkil edir. Şimal sərhədlərində rütubətli Amaxon meşələri yerləşir. Şimaldan cənubda Tokantins çayı axır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ştatın adı eyni adlı çayın adından götürülmüşdür.
Tokantins Braziliyanın ən cavan ştatıdır. Qoyas ştatının şimalında olan torpaların hesabına 1988-ci ildə təşkil edilmişdir[2].
Əhalisi
[redaktə | vikimətni redaktə et]Ştat əhalisinin böyük qismi qarışıq xüsusiyyətə malikdir: 71% Metis və Mulat, 24 % — ağlar, 3 % — qaralar. Bölgənin yeganə rəsmi dili portuqalcadır.
İnzibati bölgü
[redaktə | vikimətni redaktə et]İnzibsti cəhətdən 2 mezoregion və 8 mikroregiona bölünür.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Tokantins ərazisində Braziliyanın ən iri fermaları yerləşir[2].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Tokantins". 19 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
- 1 2 Tokantins Arxivləşdirilib 2012-02-09 at the Wayback Machine russobras.com.
