Məzmuna keç

Yemişanlı (Oğuz)

Vikipediya, azad ensiklopediya
Yemişanlı
Ölkə

Yemişanlı və ya YemişənliAzərbaycan Respublikasının Oğuz rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.[1]

Rayon mərkəzindən 18 km cənubda, Padar kəndinin şərqində, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Qəbələ rayonunda eyni adlı, Gədəbəydə isə Təkyemişan adlı kəndlər var. Tədqiqatçılar bu sözü yemişan bitkisinin adı ilə əlaqələndirirlər[2]. Bizim fikrimizcə bu söz etnik mənşəli, yaxud mifik təfəkkürlə bağlı toponimdir, “yum” və “qam” (qam–şaman) sözlərinin təhrif olunmuş formasıdır. “Yum”–əski türk–oğuzlarda “xeyir–dua” anlamındadır. Onıarda xeyir–dua verən, söz söyləyən, yol göstərən müdriklərə, ağsaqqallara yumçu da deyilirdi. “Kitabi – Dədə Qorqud” dastanında boyların sonunda el ozanı Dədə Qorqud gəlib boy boylayır, söy (söz) söyləyir, yum (xeyir dua) verirdi[3]. “Şam” (qam–şaman) isə “h ə k i m”, “y o z u c u”, “qabaqcadan xəbər verən”[4] mənalarını daşıyır. Belədə, “Yemişənli”ni “xeyir–dua verən, müdrik, b i l i c i şamanın olduğu yer” kimi qəbul etmək olar. Kəndin əhalisi (517 nəfər) taxılçılıq, heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə əsas məktəb, klub, kitabxana, tibb məntəqəsi, 1 telefon var.

Yaşayış məntəqəsi XIX əsrin ortalarında keçmiş Qoruqlar kəndindən çıxmış ailələrin Yemişanlı adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Həmin ərazi isə vaxtilə burada yemişan ağaclarının çox olması ilə bağlı adlandırılmışdır.[5]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
  2. E.Nuriyev, adı çəkilən əsəri, səh 65
  3. “Kitabi - Dədə Qorqud”, Bakı, “Gənclik”, 1977
  4. Q.Qeybullayev, adı çəkilən əsəri, səh.107
  5. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427